Məhkəmə qərarları › İş №3(003)-1832/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1832/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1832/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs Sadətov Xanoğlan Yüzbaşı oğlunun iştirakı ilə Şəxs xx.xx.1956-cı il tarixdə Laçın rayonunun Oğuldərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan göründüyü kimi, xx.xx.1956-cı il tarixdə Laçın rayonunun Oğuldərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla yaşayan Şəxs Sadətov Xanoğlan Yüzbaşı oğluna məxsus əmlakı qəsdən məhv etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Sadətov Xanoğlan Yüzbaşı oğlu göstərdi ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni sahədə yerləşən 12 sot torpaq sahəsinə getdiyi zaman sahəsinin 7 daş hündürlüyündə hasarının bir hissəsinin, yəni 45 metr uzunluğunda hissəsinin sökülməsini aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1200 manat ziyan dəymişdir ki, həmin pulu o, ustaya və daşlara vermişdir. Ona məxsus daş hasarının sökülməsində həmin torpaq sahəsinə yiyələnmək istəyən Ağalar adlı şəxsdən şübhələndiyi üçün ərizə ilə polisə müraciət edərək Şəxs cinayət məsuiliyyətinə cəlb edilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayev tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə cinayət tərkibi müəyyən eilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, tərəflərə torpaq sahəsi ilə bağlı mülki mübahisənin həllindən ötrü aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqları izah edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi əsasında tədbir görülməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Ona vurulmuş 1200 (min iki yüz) manat dəyərində maddi ziyan indiyə qədər ödənilməmiş, sökülmüş hasar bərpa edilməmişdir. Bunun nəzərə alınnaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri təbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və vətəndaş Sadətov Xanoğlan Yüzbaşı oğlunun hasarının sökülməsi faktı təsdiqini tapmışdır. Vətəndaş Şəxs izhatında bildirmişdir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni sahədə yerləşən 12 sot ərazini əhatə edən torpaq sahəsi vardır, həmin torpaq sahəsinə dair Qala Bələdiyyəsinin sərəncamını almışdır, təxminən 5-6 gün bundan əvvəl müəyyən etmişdir ki, tanımadığı bir nəfər şəxs onun 12 sot torpaq sahəsinin daxilinə girməklə 3 sot hissəsini zəbt edib 45 metr uzunluğunda sərhədləyici hasar inşa etmişdir və bunu gördükdən sonra həmin hasarı sökmüşdür. Araşdırma zamanı vətəndaş Sadətov Xanoğlan Yüzbaşı oğlu Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə dair Əzizbəyov rayon İcra Hakimiyyətinin 1999-cu il tarixli sərəncamını və Şəxs sözügedən ərazi Mərdəkan qəsəbəsinə aid olsa da, araşdırmaya Qala Bələdiyyəsinin sərəncamını təqdim etmişdir. Bununla da, Şəxs təqdim etdiyi sənədin Mərdəkan qəsəbəsinə aid olmadığı, onun qəsdən digər şəxsin əmlakını məhv edərək maddi ziyan vurması müəyyən edilmişdir. Beləliklə də, toplanmış material üzrə cinayət tərkibi müəyyən eilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, tərəflərə torpaq sahəsi ilə bağlı mülki mübahisənin həllindən ötrü aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqları izah edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi əsasında tədbir görülməsi üçün materialın aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanın 1(bir) misli məbləğində, yəni 1200 (min iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar