Məhkəmə qərarları › İş №3(003)-1833/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1833/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1833/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis kapitanı X2, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis kapitanı X4 izahatında bildirdi ki, "xxxx" ASC daxil olmuş məktubunda bildirmişdir ki, Cəmiyyətdə kasko sığorta növü üzrə MC********** aylı sığorta şəhadətnaməsi ilə sığortalanmış "AUDİ RS7" markalı, **-PO-*** (əvvəlki dövlət qeydiyyat nişanı: **-YD-***) minik avtomobili 01 iyun 2025-ci il tarixdə saat 02:46 radələrində Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə barədə avtomobili idarə etmiş şəxs Şəxs tərəfindən 01 iyun 2025-ci il saat 12:32 radələrində Cəmiyyətimizə məlumat verilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi AR DİN-in Təhlükəsiz Şəhər Xidmətinə məxsus TŞ- 7/012 və TŞ-7/224 saylı videomüşahidə vasitələrinin görüntüləri qeydə aldığı ərazidə baş vermişdir. Tərəfimizdən baxış keçirilmiş görüntülər əsasında hadisənin avtoxuliqanlıq zəminində baş verməsi ehtimalı yaranmışdır. Bununla əlaqədar araşdırma aparılmış Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərinə əsasən avtoxuliqanlıq etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, 01 iyun 2025-ci il tarixdə AUDİ RS7" markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı avtomobillə etdiyi hərəkət yerin nəm olması ilə bağlı olmuşdur. Xuliqanlıq etmək niyyəti olmamışdır. Hazırda törətmiş əməlindən peşmandır və ona cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri DYPİ-nin YNH inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:30-da AUDİ RS7" markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələr ilə protokol tərtib edilmişdir. - CD diskdə olan görüntüdən müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:30-da AUDİ RS7" markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yer örtüyündə təkərlərin izləri qalmaqla avtoxuliqanlıq etmişdir. - Elektron məhkəmə informasiya sistemində olan qohumluq məlumatından müəyyən olunur ki, Şəxs himayəsində bir övladı vardır: xx.xx.2019-cu il tarixdə doğulmuş X1. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:30-da AUDİ RS7" markalı, **-PO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş materialları, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğdə cərimə edilməsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar