Məhkəmə qərarları › İş №3(003)-1834/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1834/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1834/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi şikayəti müdafiə edib təmin edilməsini xahiş edərək bildirmişdir ki, təmsil etdiyi şəxs idarə etdiyi MAN TGA 18.440.4X2 BLS markalı **-BX- *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə İmişli rayonunun Gövhərli kəndindən Bakı şəhəri istiqamətundə hərəkət etmiş, İmişli rayonunda tərəzidə idarə etdiyi avtomaşının çəkisi ölçülmüş və nəqliyyat vasitəsinin qum yükü ilə birlikdə ümumi çəkisi 40.380 kq olmuşdur. Buna baxmayaraq xx.xx.2025-ci il tarixdə saat 23.11.42-də Qaradağ rayonunun Sənqəçal qəsəbəsindən keçərkən eletron tərəzidə nəqliyyat vasitəsinin çəkisi 42.850 kq qeyd edilib bununla bağlı EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Odur ki, EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmədən nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, həmin gün MAN markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını yüklənərkən onun yükü 40.380 kq olmuşdur. EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş kamera görüntüsü ilə müəyyən edilir ki, sözügedən avromaşın xx.xx.2025-ci il tarixdə saat 23.11.42-də Qaradağ rayonunun Sənqəçal qəsəbəsindən keçərkən eletron tərəzidə nəqliyyat vasitəsinin çəkisi 42.850 kq qeyd edilmiş, bununla bağlı EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (İXMnin 135.1.1-ci maddəsi). İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir (İXMnin 134-cü maddəsi). Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin təqdim etdiyi sənədlərlə EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş kamera görüntüsünün göstəricisinin arasında işin hallarına təsir edən ziddiyət olduğundan EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində İXM-nin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə tapşırılmalıdır. Əlavə araşdırma zamanı EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş M-2 47.9 km Qaradağ rayonunun Sənqəçal qəsəbəsində, Bakı istiqamətində quraşdırılmış ölçmə vasitəsinin inzibati xəta törədildiyi vaxt qüsursuz işlək vəziyyətdə olmasını təsdiq edən “Azərbaycan Metrologiya İnstitutu” X8 tərəfindən verilmiş şəhadətnamə əldə edilməklə toplanmış sənədlər təhlil olunub qanuni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: EQ 28739329 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət ərizəsi qismən təmin edilsin. EQ 28739329 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar