Məhkəmə qərarları › İş №3(003)-1835/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1835/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1835/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhər Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən vəzifəli şəxs Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinə əsasən Şəxs direktor olduğu "xxxx" MMC-dən 5.000.000 manat məbləğində əsas borc, 1.625.000 manat faiz borcu və 27,02 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu vəzifəli şəxs Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. İcra vərəqəsi üzrə ümumiyyətlə ödəniş etməmişdir. Bununla bağlı iki dəfə, birinci dəfə 2022-ci il tarixdə, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq vəifəli şəxs Şəxs hazırda da məhkəmə qərarının icrasından qərəzli olara boyun qaçırdığına görə onun barəsində İXM-nin 528.1-1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü izahatında bildirdi ki, icra sənədi üzrə borcunu ödəməyə maddi imkanı yoxdur, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-872/2024 saylı xx.xx.2024cü il tarixli qərarından məlumatlıdır, həmin qərarı vaxtında alsa da mübahisələndirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6645/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs direktor olduğu "xxxx" MMC-dən 5.000.000 manat məbləğində əsas borc, 1.625.000 manat faiz borcu və 27,02 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməlidir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-1388/2022 saylı xx.xx.2022-ci il tarixli və 3(003)-872/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, qeyd edilən icra vərəqəsinə görə məhkəmənin qərarını qərəzli icra etmədiyinə görə "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və uzun müddət yerinə yetirməkdən yayınmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)- 872/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından məlumatlıdır, həmin qərarı vaxtında alsa da mübahisələndirməmiş, tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiy gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, hazırda da məhkəmənin qərarını icra etməsini maddi imkansızlıqdan mümkünsüz sayır. Məhkəmə hesab edir ki, bu səbəbin üzrlü hesab edilməsi əsassız olduğundan vəzifəli şəxs Enga Property” MMC-nin direktoru Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs hərəkəti düzgün olaraq İXM-in 528.1-1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiy gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir”. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar