Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1836/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 395-ci maddəsi ilə tərtib edilmiş MN № 0048149-439 saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 395-ci maddəsi ilə tərtib edilmiş MN № 0048149-439 saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarla müəyyən edilmişdir ki, guya o, ünvan 1 ünvanda tikinti işləri üçün icarə sənədi olmadan qanunsuz tikinti işləri aparmışdır, bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinin tələblərini pozmuşdur. Əvvəla, qeyd edir ki, o, bu sahəyə xalası oğlu Rüfətin xahişi ilə fəhlələrə çay və yemək gətirmək üçün dəvət olunmuşdur, evin inşası ilə cəlb olunan işçilərdən olmamışdır. Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə bu evin tikintisi ilə məşğul olan fəhlələri, evin sahibini dəvət edib evin söküləcəyi barədə xəbərdar edirlər. Səlahiyyətli orqan tərəfindən bu barədə tərtib olunmuş protokol ona təqdim edilməmiş, hüquq və vəzifələri izah olunmamışdır. Barəsində tərtib edilmiş protokol həqiqəti əks etdirmir. Polis bölməsinə dəvət edilərkən onlara bildirilmişdir ki, barələrində cərimə tətbiq edilməyəcəkdir. Şərh olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə etdi və əlavə olaraq göstəri ki, İcra şöbəsindən ona zəng olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsi ilə protokol tərtib olunması və həmin protokol əsasında cərimə edilməsi barədə zəng olunduqdan sonra o, bundan xəbər tutmuş, icra məmurundan sözügedən sənədlərin surətlərini aldıqdan sonra dərhal məhkəməyə müraciət etmiş və bununla da həmin qərardan şikayət vermə müddətini ötürməmişdir. Şikayətində göstərdiyi kimi, təmir-tikinti işləri işləri aparılan yer xalası oğlu Rüfətin və onun şəriki Azər adlı şəxsin olmuşdur, ortaq olmuşlar. Hal-hazırda xalası oğlu rəhmətə getmişdir. Həmin vaxt o, işsiz olduğundan, xalası oğlunun dəvəti ilə hərdənbir ora getmiş, fəhlələrə çay-çörək aparmış, xalası oğluna köməklik göstərmiş və ustalara nəzarət etmişdir. Xalası oğlu Rüfət rəhmətə gedəndən sonra onun şəriki Azər onu ora dəvət etmiş və o, əvvəlki kimi, Azərə də köməklik göstərmişdir. Hesab edir ki, əməlində hər hansı bir inzibati xəta tərkibi və ya inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3, 8, 53, 75, 105 və 114-cü maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta tərkibi olmadığından, barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsi ilə tərtib edilmiş MN № 0048149-439 saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam xitam verilməlidir. Ona görə də şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçinin izahatı və təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, X3 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Belə ki, X3 qərarda adı çəkilən ünvan 1 ünvanda təmir-tikinti işlərinin aparılmasına cəlb olunan işçilərdən olmamış, oraya təmir-tikinti işlərini aparan mərhum xalası oğlu Rüfətin xahişi ilə hərdənbir gedib-gəlmiş, fəhlələrə çay-çörək aparmış, xalası oğluna köməklik göstərmiş və ustalara nəzarət etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən həmin qərar X2 iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş, surəti isə qanunla müəyyən olunmuş qaydada və müddətdə ona göndərilməmiş və ya təqdim olunmamışdır. Şikayətçi belə bir qərarın mövcudluğu barədə yalnız İcra şöbəsindən ona zəng olunduqdan sonra xəbər tutmuş və qərarın surətini icra məmurundan alıb dərhal məhkəməyə şikayət etmişdir. Buna görə də məhkəmə həm də hesab edir ki, şikayətçi tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərarından şikayət vermə müddəti ötürülməmişdir. Belə olan halda X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunması barədə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərarı tamamilə əsassızdır. X2 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə, şikayət təmin olunmalı və onun barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunması barədə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2019-cu il tarixli qərar X2 əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1836/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1836/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver