Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1837/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respuyblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt şəhər Polis İdarəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə daxil olmuş 58-2/2-4979 nömrəli xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsinin (tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir) tələblərinin pozularaq X5, X1 və digərlərinin, cəmi 9 (doqquz) nəfərin "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar ecəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. İnzibati xəta hüquqi ünvanı AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Mərdəkan qəsəbəsi, "Kəşfiyyatçı" pioner düşərgəsi ünvanında yerləşən “Azəri İmport" MMC-də törədildiyindən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyindən protokol və materiallar baxılmaq üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflərindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 3-17-5/2-23327/2023 nömrəli (SS843889991AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı qeyd edilməklə və səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, inzibati xəta haqqında protokol tərtib olunarkən "xxxx" MMC-nin direktoru X3 iştirak etmişdir. "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərardad xx.xx.2023-cü il tarixli 3-17-5/2-24381/2023 nömrəli məktubla Şəxsnə məlumat üçün göndərilmişdir. Bütün bunların nəzərə alınaraq "xxxx" MMC barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə göstərdi ki, Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinin tələbinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin ƏSAS FƏALİYYƏT sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. İş materiallarında olan müqavilələrdən və ödəniş sənədlərindən görünür ki, "xxxx" MMC bir sıra VÖEN olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə "BOYAMA VƏ RƏNGLƏMƏ İŞLƏRİ" ilə əlaqədar mülki hüquqi müqavilə bağlamışdır. Hal-hazırda məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini, baş vergi xidməti müşaviri Rasim Quliyevin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) ƏSAS FƏALİYYƏT NÖVÜ "Mebel, məişət malları, demir məmulatı və sair metal məmulatların TOPDAN SATİŞİ üzrə agentlik fəaliyyəti" (46150) kimi qeyd edilmişdir. Şərh edilənlərdən də aşkar şəkildə görünür ki, BOYAMA VƏ RƏNGLƏMƏ İŞLƏRİ "xxxx" MMCnin ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİNƏ aid deyildir və belə olan halda Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinin tələbinə əsasən bu növ işlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi mümkündür. Hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən AZƏRİ İMPORT” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini, baş vergi xidməti müşaviri Rasim Quliyevin “Fəaliyyət növü barədə” məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) ƏSAS FƏALİYYƏT NÖVÜ "Mebel, məişət malları, demir məmulatı və sair metal məmulatların TOPDAN SATİŞİ üzrə agentlik fəaliyyəti" (46150) kimi qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə X5, X1 və digərləri, cəmi 9 (doqquz) nəfər arasında bağlanmış müqavilələr Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı), deyil, mülki hüquqi müqavilələrdir. Ona görə də məhkəmə hesab edir ki, BOYAMA VƏ RƏNGLƏMƏ İŞLƏRİ "xxxx" MMC-nin ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİNƏ aid olmadığına görə Əmək Məcəlləsinin 2- 3.4-cü maddəsinin tələbinə əsasən bu növ işlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi mümkündür. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1837/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1837/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver