Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1838/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 333.1 və 329.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 09 iyun 2023-cü il tarixdə avtomobili Bakı şəhəri Xəzər rayonu ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən 09 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 09 iyun 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu ərazisində Buzovna-Şüvəlan şosesi isstiqamətində sərxoş vəziyyətdə idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı içkili olduğu məlum olmuşdur. Belə ki, bir gün əvvəl o, az miqdarda pivə içərək avtomobili idarə etmişdir. Polis əməkdaşı işıq cihazları ilə bağlı onu saxlamış, içkili olmağından şübhələnərək onun sərxoşluğunu alkotestrlə yoxlamış və sərxoşluğunun dərəcəsinin 0,418 promil olduğu bəlli olmuşdur. Həmin vaxt törətdiyi əməli polis əməkdaşlarına etiraf etmiş, alkotestrin göstəricisi ilə razı olduğunu bildirmiş, bir daha spirtli içki içib avtomobili idarə etməyəcəyi barədə inzibati xəta haqqında protokolda öz xətti ilə qeyd aparmışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 09 iyun 2023-cü il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0.418 promildir. İş materiallarında olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs həmin protokolda öz xətti ilə yazaraq törətdiyi əməli polis əməkdaşlarına etiraf etmiş, alkotestrin göstəricisi ilə razı olduğunu, həkimə getməyə ehtiyac olmadığını bildirmiş, eyni zamanda bir daha spirtli içki içib avtomobili idarə etməyəcəyi barədə qeyd aparmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdulaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin hissədə Şəxs əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi barədə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1838/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1838/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver