Məhkəmə qərarları › İş №3(003)-1839/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1839/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1839/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə, Şəxs xx.xx.1993-cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 327.1 və 333.1-ci maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP-5527102 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, protokol natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, polis əməkdaşları tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə İXP-5527102 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasına dair müvafiq rəy alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 37.1-ci madəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş İXP-5527102 nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Xəzər RPİ-nə göndərilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilməlidir. Müəyyən olundu ki, Bakı şəhər Xəzər RPİ-nin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP-5527102 saylı protokol xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, lakin protokol və ona əlavə olunmuş sənədlər natamam olaraq məhkəməyə təqdim olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasına dair müvafiq rəy alınmamışdır. Bu isə həmin inzibati xəta haqqında materiala baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, protokol natamam olduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.1-ci maddələri ilə Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP-5527102 saylı protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar