Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1839/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X7 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X4,, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiali nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsindən daxil olmuş 26 avqust 2024-cü il tarixli, 00048770 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X1-N Mühafizə Xidmətin MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin (xidmətlərin) göstərilməsinə cəlb olunmuşlar. Nəticədə "xxxx" MMC tərəfin dən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən işə baxılması üçün inzibati iş üzrə materiallar inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi, X10 çıxış edərək bildirdi ki, vətəndaş X2 "xxxx" MMCdə işə gəldiyi gündə işdən azad edilmişdir. Belə ki, o şirkətə işə gəldiyi ilk gün oğurluq hadisəsi törətmiş ona görü onunla müqavilə bağlamadan işdən azad edilmişdir. Bunu təsdiq edən video görüntülər məhkəməyə və Əmək Müfəttişliyinə təqdim edilmişdir. Əlavə olaraq hüquqi şəxsin barəsində tərtib edilmiş protokol əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsinin nümayəndəsi X9 bildirdi ki, hüquqi şəxs barəsində tərtib olunmuş protokol əsaslı olduğundan, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tartib edilmiş hüquqi şəxsin nümayəndəsi protokolun tərtibində iştirak etməmişdir. Belə ki, protokolda "xxxx" MMC-nin nümayəndəsi "iştirak etmədi" qeyd edilmiş, lakin qanunun tələbləri pozularaq ona inzibati xəta haqqında protokolun tərtibi üçün Əmək Müfəttişliyinə dəvət olunması və sonradan tərtib edilmiş protokolun surəti verilməmiş, verildiyi halda inzibati xəta haqqında protokolun hüquqi şəxsə rəsmi qaydada çatdırılmasına dair müvafiq sənədlər protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır . Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" MMC-nin nümayəndəsinin iştirakının təmin edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə riayət edilməmiş, protokolun surəti "xxxx" MMC-yə təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhəri İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol ve ona Əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətininin Bakı şəhəri İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1839/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1839/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver