Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-184/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3cü polis Şöbəsinin sahə inspektrou polis mayoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞnin sahə rəisi X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokolda göstərilir ki, 03 yanvar 2025-ci il tarixdə saat 11:38 radələrində ünvan 2 ünvanında yaşayan X4 DİN-in 102- “Xidməti-Zəng” mərkəzi sisteminə zəng edərək əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib bildirmişdir ki, X1 DİN-in 102- “Xidməti-Zəng” mərkəzi sisteminə zəng edərək şikayət etməsi əsasında Xəzər RPİ-nin İŞ-də araşdırma aparılmış və 11 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs 03 yanvar 2025-ci il tarixdə X2 yaşadığı evdə döyməsi ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunması üçün qərarın surəti Xəzər RPİ 3cü PŞ-nə göndərilmişdir. Həmin qərar əsasında 24 yanvar 2025-ci il tarixdə Şəxs barəsində həmin inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq üdilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 12-13:00 radələrində yaşadıqları evdə olarkən evin kirayə pulunu xx.xx.2024-cü il tarixdən işsiz olduğu üçün verə bilmədiyindən aralarında mübahisə baş verdiyini, Aytəkin Cahangirovanın evdə qışqıraraq danışdığı üçün qəsdən bir dəfə boyun nahiyəsindən vurduğunu qeyd etmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12-13:00 radələrində yaşadığı evdə əri Şəxs ilə onun evin kirayə pulunu vermədiyi səbəbindən mübahisə zamanı Şəxs onu saçından tutub, boynuna yumruqla vurmuşdur. Son olaraq Şəxs qarşı şikayət və tələbinin olduğunu qeyd edərək onun barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə baxışında tədqiq edilmiş HK-1/18 saylı rədd materialından və məhkəməyə təqdim olunmuş digər sənədlərdən görünür: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in aşağıda qeyd olunan maddələrinə görə:
3. Yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1. İnzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1.Həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Ramilə Xəzri