Məhkəmə qərarları › İş №3(003)-1843/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1843/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1843/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X1 iştirakı ilə, "xxxx" MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 507-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, № 00800-00254/23 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına ABŞ-da fəaliyyət göstərən “PSG California LLC” şirkətindən ***-**** 5224 №-li qaimə ilə 2 yerdən ibarət ümumi invoys dəyəri 9039,18 ABŞ dolları təşkil edən 347,91 kq yük göndərilmişdir. "xxxx" MMC tərəfindən ünvanına gələn yüklər xx.xx.2023-cü il tarixdə **********9142 sorğu nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmişdir. GB-nin 1-ci mal mövqeyində göstərilən 8 ədəd “Wilden” ticarət nişanlı çarx qolu irəli-geri prinsiplə işləyən həcmli maye nasosları xarici iqtisadi fəaliyyətin mal nomenklatura kodu (XİFMN) üzrə ********** kodu altında bəyan edilmişdir. Daha sonra **********9142 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən malları Rusiya Federasiyasına OOO “TEKHNO-GRUPP” şirkətinə satılması səbəbindən xx.xx.2023-cü il tarixdə müraciət edilmiş və **********4359 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. İxrac edilən yükün rəsmiləşdirilməsi üçün HNBGİ tərəfindən yükə dair rəy alınması məqsədilə AR DGK X4 İdarəsinə müraciət edilmişdir. AR DGK X4 İdarəsinin araşdırması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən AS22-İNV069 nömrəli xx.xx.2022 tarixli invoys üzrə ixrac olunan 8 ədəd “Wilden” markalı maye nasosundan yalnız 1 ədədi, invoysun 1-ci mövqeyində göstərilən texniki parametrlərinə görə “P400/KKPPP/ZWS/WF/KWF/0504” modeli olan, kimyəvi maddələrlə birbaşa təmasda olan səthləri polivinildən flüoriddən olan, istehsalçının təsnifatına əsasən maksimum məhsuldarlığı 27.0278 m3/s (119 gpm) olan menbranlı nasos “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 42 saylı Qərarının təsir dairəsinə aid edilmişdir. Bu səbəbdən, yuxarıda göstərilən “P400/KKPPP/ZWS/WF/KWF/0504” modeli olan nasos yükün içərisindən çıxarılmış və digər yüklər ixrac edilmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə **********9142 sorğu nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş mallardan 1 ədədi, invoys dəyəri 6363,06 ABŞ dolları təşkil edən “P400/KKPPP/ZWS/WF/KWF/0504” modelli kimyəvi maddələrlə birbaşa təmasda olan səthləri polivinildən flüoriddən olan menbranlı pnevmatik nasos “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 42 saylı Qərarının təsir dairəsinə aid edilməsinə baxmayaraq, idxal olunarkən Energetika Nazirliyindən müvafiq icazə sənədi alınmamışdır. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bununla əlaqədar "xxxx" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsi ilə inzibati xəta haqqında 00800-00254/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X3 Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, № 00800-00254/23 saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və "xxxx" MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsinə əsasən idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. "xxxx" MMC-nin barəsində inzibati xətanın obyekti olan 6363,06 (altı min üç yüz altmış üç, altı) ABŞ dolları valyuta vəsaiti məbləğinin 40 (qırx) faizi – 2545,22 (iki min beş yüz qırx beş, iyirmi iki) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 2545,22 (iki min beş yüz qırx beş, iyirmi iki) ABŞ dolları pul vəsaiti 4326,87 (dörd min üç yüz iyirmi altı, səksən yeddi) manata bərabər tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 25, 40, 43, 48-50, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 6363,06 (altı min üç yüz altmış üç, altı) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti məbləğinin 40 (qırx) faizi, yəni 2545,22 (iki min beş yüz qırx beş, iyirmi iki) ABŞ dolları olmaqla 4326,87 (dörd min üç yüz iyirmi altı, səksən yeddi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar