Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1843/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X9 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 2025-ci il 28 iyun gecə saat 01:59-da Şabran- Bakı yolunda Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olarkən X1 “AYNA” tərəfindən quraşdırılmış tərəzi üzərindən digər sürücülər kimi o da keçmişdir. Sonradan ona bəlli olmuşdur ki, barəsində EQ 28882400 saylı protokol tərtib edilmiş və o İXM-nin 353.2-ci maddəsinə əsasən 600 AZN məbləğində cərimə edilmişdir. Guya ki o iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisinə yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobili idarə etmişdir. O avtomobilin idarə edilməsi üçün dostu X3 etibarnamə verdiyi üçün protokol səhvən onun adına tərtib olunmuş və o cərimələnmişdir. Avtomobili həmin tarixdə o idarə etmişdir. Sürücünün şəxsiyyəti, qərarından şikayət verilən səlahiyyətli orqan tərəfindən düzgün müəyyən edilməmişdir. Göstərir ki, 26 iyun 2025-ci il saat 19:35:52 radələrində (giriş) çıxış: 26 iyun 2025-ci il saat 19:38:56 radələrinə mənə məxsus **-UU-*** qeydiyyat nişanlı Kamaz markalı avtomobilin Brutto çəkisi 25040 kq, tara çəkisi 9800 kq, netto çəkisi 15240 kq olmuş, bu barədə ona 26972 saylı çek verilmişdir. Həmin tarixdən 3 gün sonra yəni 29 iyun 2025-ci il saat 18:36:08 (giriş) çıxış: 29 iyun 2025-ci il saat 18:36:11. Həmin avtomobilin Brutto çəkisi 25030 kq, tara çəkisi 9800 kq, netto çəkisi 15230 kq olmuşdur. Bu barədə 27152 saylı çek verilmişdir. Qeyd etdiyim kimi həmin çeklər tərəzinin uyğun tarixlərdə göstəriciləridir. Yuxarıda qeyd etdiyi kimi xx.xx.2025-ci il saat 01:59:40-da ona məxsus **-UU-*** qeydiyyat nişanlı avtomobil Şabran rayonu Mollakamallı kəndi Bakı isitqamətdə hərəkətdə olarkən guya yuxarıda qeyd olunan qayda pozuntusu baş vermiş, çəki birdən-birə artaraq 27850 kq olmuşdur (limit: 26000 kq). Onu da qeyd edir ki, tərəzinin bu göstəriciləri səhvdir, həmin tarixə uyğun yəni xx.xx.2025-ci il saat 1:20:51 çıxış xx.xx.2025-ci il saat 1:22:09 99- UU-314 qeydiyyat nişanlı avtomobilin Brutto çəkisi 24720 kq, Tara çəkisi 10100 kq, Netto çəkisi 14620 kq olmuşdur və bu barədə ona tərəzi qəbzi təqdim olunmuşdur. O heç bir inzibati xəta törətməmişdir. “AYNA”nın quraşdırdığı tərəzi kütləvi surətdə iritonnajlı və iriqabarıtli avtomobillərin çəkilərini bilərəkdən səhv göstərir və bu hal AR DİN X9 İdarəsinə ötürülür, sonuncu isə heç nəyi yoxlamadan və araşdırmadan cərimə olunma haqqında formal protokollar tərtib edir. Buna görə də Baş X9 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək, izahatında göstərdi ki, avtomobilin artıq çəki yığmamış və çəkisi normadan artıq olmamışdır. Ona verilmiş talon əsasında çəki normadan artıq müəyyən edilmir. Həmin gün avtomobili X4 idarə etmişdir. Hazırda qərarı qanunsuz hesab etməklə, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 vəsatəti əsasında şahid qismində izahat vermiş X4 izahatında bildirdi ki, **-UU-*** qeydiyyat nişanlı Kamaz markalı avtomobil onun avtomobildir, X3 etibarnamə vermişdir, lakin 2025-ci il 28 iyun gecə saat 01:59-da Şabran-Bakı yolunda Mollakamallı kəndi Bakı istiqamətində avtomobili o idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı, ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən standart nümunənin və ya ölçə vasitəsinin tipinin təsdiqi barədə setifikatdan görünür ki, istehsalçı “Kastler İnstumente AG” İsveçrə olan, “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi olan, ölçmə vasitəsi 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Sertifikatın etibarlılıq müddəti 07 avqust 2029-cu ilədəkdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında RN 035336 saylı ÖVY 160854 seriyalı şəhadətnamədən görünür ki, "xxxx" MMC-nin hərəkət halında çəki ölçmə nəzarət sistemi xx.xx.2024-cü ildə yoxlanılmış, növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı üzrə görüntüdən müyyən olunur ki, 99UU314 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 27850 kg olmuş, vaxt: xx.xx.2025-ci il saat 01:59:40. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. İşin araşdırılmış hallarından görünür ki, şahid qismində izahat vermiş X4 izahatında **- UU-*** qeydiyyat nişanlı Kamaz markalı avtomobilin onun avtomobili olduğunu, X3 etibarnamə verdiyini, lakin 2025-ci il 28 iyun gecə saat 01:59-da Şabran-Bakı yolunda Mollakamallı kəndi Bakı istiqamətində avtomobilin onun tərəfindən idarə edildiyini bildirmişdir. Qeyd edilən hal inzibati xətalara dair iş üzrə araşdırılmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:59-da X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi araşdırılmalı və ona qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 28882400 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1843/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1843/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver