Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1845/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə, Şəxs MMC-nin direktoru X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC müvəqqəti saxlancın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Belə ki, iş materiallarında olan 12 iyul 2023-cü il tarixli 00800-00754/23 saylı İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Özbəkistan Respublikasında fəaliyyət göstərən “ACWA POVER Dzhankeldy” şirkətinin ünvanına göndərilən ümumi gömrük dəyəri 49444,97 AZN, ümumi invoys dəyəri 26603 ABŞ dollarıolan “Meteoroloji ölçü cihazları, hissə və ləvazimatları sistem şəklində, meteorologikal Measurement sistem with accessories (2 ədəd) və Meteo 40 M adlı yüklər xx.xx.2020-ci il tarixdə **********9220 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixinə qədər müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Yükün müvəqqəti idxalda olma müddəti cəmiyyətin xx.xx.2021-ci il tarixli müraciəti əsasında ilk dəfə xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixli müraciəti əsasında ikinci dəfə xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Beləliklə, **********9220 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunan yüklərin müddəti 15 gündən artıq olmayan müddətdə gecikdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovniki X4 tərəfindən 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında 00800- 00754/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X6 törətdikləri inzibati xətanı etiraf etdi, eyni zamanda gecikdirmənin cəmi 1 gün olmasını göstərərək barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini X2 inzibati xəta haqqında 00800-00754/23 saylı protokolun məzmununa uyğun izahat verdi Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin direktoru tərəfindən inzibati xətanın törədilməsinin etiraf edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1845/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1845/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver