Məhkəmə qərarları › İş №3(003)-1846/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1846/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1846/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səlahiyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında 00800-00255/23 nömrəli, 12 iyul 2023-cü il tarixli protokola əsasən hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mustafa Topçubaşov, ev 21, mənzil 37 01 olan Şəxs (VÖEN:**********) ünvanına Almaniya Federasiyasından göndərilmiş 22 yerdən ibarət, ümumi invoys dəyəri 7580,58 avro olan “baytarlıqda istifadə olunmayan diaqnostik və laborator reagentlər” adlı yük xx.xx.2022-ci il tarixdə **********1817 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında X4 İdarəsində bəyan edilmiş və buraxılmışdır. Dövlət Gömrük Komitəsi X3 və Ticarətin Asanlaşdırılması Baş İdarəsində aparılan araşdırma çərçivəsində məlum olmuşdur ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mustafa Topçubaşov, ev 21, mənzil 37 01 olan Şəxs MMC-nin ünvanında gələn və şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə **********1817 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş mallardan “Trietanolamin” adlı maddənin “İxrac nəzarətinə malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fevral 2006-cı il tarixli 42 saylı Qərarının təsir dairəsinə aid edilməsinə baxmayaraq idxal olunarkən Energetika Nazirliyindən müvafiq icazə sənədi alınmamış, icazə sənədi olmadan yük buraxılmışdır. Dövlət Gömrük Komitəsi sədrinin 09 mart 2023-cü il tarixli 1000/178Ş saylı əmri ilə yüklərin buraxılmasına məsul olan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilmişdir. Həmin yükə daha sonra 03 mart 2023-cü il tarixində Energetika Nazirliyindən müvafiq icazə sənədi alınmışdır. Şəxs MMC tərəfindən xx.xx.2022-cü il tarixdə **********1817 sorğu nömrəli gömrük bəyannaməsi altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru bəyan edilmiş malların invoys dəyəri 7580.58 avro təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 qeyd etmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən 00800-00255/23 saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Almaniya Federasiyasından göndərilmiş 22 yerdən ibarət, ümumi invoys dəyəri 7580,58 avro olan “baytarlıqda istifadə olunmayan diaqnostik və ya laborator reagentlər” adlı yük xx.xx.2022-ci il tarixdə **********1817 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edilmiş və buraxılmışdır. Həmin yükün tərkibində dəyəri 48,50 avro olan 1 ədəd 1 kq “Trietanolamin” adlı maddə olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin 00800-00255/23 saylı, xx.xx.2023-cü il tarixli protokoluna əsasən DGK X3 və Ticarətin Asanlaşdırılması Baş İdarəsində aparılan araşdırma çərçivəsində məlum olmuşdur ki, qeyd edilmiş gömrük bəyannaməsi əsasında rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmış məhsullardan “Trietanolamin” adlı maddənin “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 42 saylı Qərarının təsir dairəsinə aid edilməsinə baxmayaraq, məhsul idxal olunarkən Energetika Nazirliyindən müvafiq icazə alınmamış və yük gömrük orqanı tərəfindən buraxılmışdır. Bildirmək istəyirəm ki, adı çəkilən yükün idxalı və sərbəst dövriyyəyə buraxılması zamanı gömrük orqanına bəyannamə və bütün lazımi sənədlər təqdim edilmiş, gömrük orqanı tərəfindən həmin sənədlər yoxlanılmış, bəyannamə təsdiq edilmiş və bütün prosedurlar qanuna uyğun olaraq həyata keçirildikdən sonra yük rəsmiləşdirilmiş və buraxılmışdır. AR Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və mvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 8.0.5 və 8.0.6-cı maddələrinə əsasən, gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək, mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanının vəzifəsidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Gömrük qanunvericiliyinin tələblərindən göründüyü kimi, əgər təqdim edilmiş sənədlərdə çatışmazlıq olsaydı gömrük orqanı AR Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, düzəlişlərin edilməsini və əlavə sənədləri tələb edə bilərdi. Lakin gömrük orqanı bunu etməmişdir. Təkrar idxal edilən zaman gömrük orqanı MMC-dən Energetika Nazirlyinin icazəsini tələb etdikdə, xx.xx.2023-cü il tarixli icazəni gömrük orqanına təqdim etmişik. Beləliklə, MMC gömrük orqanının tələblərinə əməl etmiş və qanunvericiliyə uyğun şəkildə idxal olunan mallar rəsmiləşdirilmişdir. Hazırda gömrük orqanının səhvi ucbatından gömrük orqanı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, gömrük orqanının səhvi ucbatından xx.xx.2022-ci il tarixdə baş vermiş inzibati xəta ilə əlaqədar yalnız 11 aydan artıq müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay (hazırki İXM-in 38.1-ci maddəsinə əsasən dörd ay) keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən “inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.” Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi 03 avqust 2022-ci il tarixdə törədilmişdir. Qeyd edilən faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati araşdırılma aparılmış və 12 iyul 2023-cü il tarixdə şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş materiallar isə 14 iyul 2023-cü il tarixdə baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında materialın ətraflı araşdırılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın məhkəmə iclasında iştirakının təmin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən məhkəmə iclasları iki dəfə təxirə salınmış, lakin məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsinə əsasən idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxsnə inzibati tənbeh vermə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar