Məhkəmə qərarları › İş №3(003)-1847/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1847/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1847/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 uşağı olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, lift ifdarəsində elektrik mexaniki işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyul 2023-cü il tarixli protokola əsasən Şəxs 15 iyul 2023-cü il tarixdə Şağan qəsəbəsində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şağan qəsəbəsində yerləşən Museyi Kazım məscidində olarkən orada quraşdırılmış təhlükəsizlik kamerasına ehtiyatsızlıqdan toxunmuşdur. Əməlindən peşman olduğunu bildirərək cərimə olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin1-ci PŞ-nin sahə inspektoru X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şağan qəsəbəsində yerləşən Museyi Kazım məscidində olarkən DİN tərəfindən quraşdırılmış təhlükəsizlik kamerasının istiqamətini qəsdən dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şağan qəsəbəsində yerləşən Museyi Kazım məscidində DİN tərəfindən quraşdırılmış təhlükəsizlik kamerasının istiqaməti dəyişdirildiyinə görə həmin şəxsi müəyyən edərək Şəxs olduğunu müəyyən etmişlər. Bununla bağlı Şəxs polis şöbəsinə dəvət edərkən o, mübahisə edərək tabesizlik göstərmişdir. Məhkəmə proses tərəflərini, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şağan qəsəbəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini, peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 iyul 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar