Məhkəmə qərarları › İş №3(003)-1848/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1848/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1848/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Tələbkar X2nın, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 2 azyaşlı uşağı olan, deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 17 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixli qətnamə ilə təyin edilmiş alimentin məbləği artırılaraq Şəxs xx.xx.2006-cı il təvəllüdlü Məmmədov Rəsulun, xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Mələyin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment tutularaq X1 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyatı üzrə Xəzər Rayon İcra şöbəsinə gəndərilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün saat 12:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Şəxs bu günə olan aliment borcu 20.950 manat təşkil edir. Tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, səhhəti ilə bağlı olaraq işləyə bilmədiyinə görə aliment borcunu ödəyə bilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X2 göstərdi ki, alimentin ödənilməsini tələb edir. Əks halda, borclu Şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2015-ci il tarixli qətnamə ilə təyin edilmiş alimentin məbləği artırılaraq Şəxs xx.xx.2006-cı il təvəllüdlü Məmmədov Rəsulun, xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Mələyin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment tutularaq X1 verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi aidiyyatı üzrə Xəzər Rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs bu gün saat 12:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən, saat 12:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar