Məhkəmə qərarları › İş №3(003)-1848/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1848/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1848/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və İXP ******* nömrəli 19 aprel 2025-ci il nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini eyni zamanda protokol üzrə ödədiyi 40.40 manat məbləğində pulun və onun poçt xərclərinin, nəqliyyat xərclərinin geri onun hesabına geri qaytarılması, polis serjantı X3 ona dəymiş mənəvi ziyana görə ondan üzr istəməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və İXP ******* nömrəli 19 aprel 2025-ci il nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini eyni zamanda protokol üzrə ödədiyi 40.40 manat məbləğində pulun və onun poçt xərclərinin, nəqliyyat xərclərinin geri onun hesabına geri qaytarılması, polis serjantı X3 ona dəymiş mənəvi ziyana görə ondan üzr istəməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 aprel 2025-ci il tarixdə Bakı şəhəri Mərdəkan prospekti 102 ünvanında ona məxsus **-LJ-*** qeydiyyat nişanlı HYUNDAİ SANTAFE avtomobili ilə hərəkət edərkən saat 17:42 radələrində YPX əməkdaşı onu saxlamış və Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X4“ Azərbaycan Respublikasının Qanununu 42-ci maddənin İX hissənin tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Mən bu protokolun tərtib olunmasına etiraz etsəm də, görüntü istəsəm də, YPX inspektoru razılaşmamış və cərimənin törətdiyimi bildirərək protokol tərtib etmişdir. Nəticədə mənə qeyd edilən protokol, sübütlar təqdim edilmədən üzrə 40 AZN məbləğində cərimə yazılmışdır.İnzibati Xətalar Məcəlləsinin 126.1-ci bəndində bildirilir ki, barəsində inzibati xəta haqqında is üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana şikayət edə bilər. Səlahiyyətli orqanın onun barəsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Buna görə də İXM-nin 327.1-ci maddəsi ilə təqsiri bilinməsinə dair Azərbaycan Respublikası DİN-in barəsində Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və İXP ******* nömrəli 19 aprel 2025-ci il nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini eyni zamanda protokol üzrə ödədiyi 40.40 manat məbləğində pulun və onun poçt xərclərinin, nəqliyyat xərclərinin geri onun hesabına geri qaytarılması, polis serjantı X3 ona dəymiş mənəvi ziyana görə ondan üzr istəməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətini müdafiə edərək, şikayətə uyğun izahat verib tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd edərək məhkəmədən vermiş olduğu şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X.Bağırovun İXM-in 327.1-ci maddəsi ilə inzibati cərimə olunmasına dair 05 may 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin yol patrul xidmətinin inspektoru polis leytenatı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli 19 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsinin 05 may 2025-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Bakı şəhər X8 İdarəsinin 05 may 2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X2 barəsində yenidən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qərar qəbul edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra müvafiq araşdırma aparılmalı olduğu halda, səlahiyyətli vəzifəli şəxs qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, 05 may 2025-ci il tarixli TP ******* nömrəli qərarda inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilməmiş, halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində on bir inzibati xəta tərkibi göstərilmiş (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına), həmin hallardan heç biri qərarda əks edilməmişdir. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri X8 İdarəsi tərəfindən heç bir araşdırma aparılmadan, inzibati tənbeh vermə haqqında 05 may 2025-ci il tarixli qərarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğdə cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, X1 hüquqlarını pozmuşdur. X.Bağırov inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X1 barəsində Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, İXP ******* nömrəli 19 aprel 2025-ci il nömrəli inzibati xəta haqqında protokol üzrə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati xəta haqqında 05 may 2025-ci il tarixli TP ******* tarixli qərarı ləğv edilsin. İXP ******* nömrəli 19 aprel 2025-ci il nömrəli inzibati xəta haqqında protokol üzrə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə tapşırılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar