Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1849/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, X1 iştirakı ilə, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xəzər Rayon 2-ci Polisi Şöbəsinin sahə rəisi polis mayoru X17 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolu əsasında qəbul edilmiş Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 157-ci maddəsi ilə 300 (üç yüz) manat cərimə tətbiq edilmişdir. Həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərarın verilməsinə səbəb olan MN ******* nömrəli, xx.xx.2023cü il tarixli protokol ona təqdim olunmamışdır və orada heç bir imza atmamışdır. Həmçinin ona və bacısına qarşı döyülmə ilə bağlı 102 xidmətinə o, özü müraciət etmiş amma o, döyüldüyü halda cərimə ona tədbiq olunmuşdur. Bildirir ki, protokol və bunun əsasında qəbul olunmuş qərarı o, Xəzər rayon icra şöbəsinə çağırılandan sonra bilmişdir. Bildirir ki, onun X10 döyməsinin heç bir sübütu yoxdur. Belə ki, o, yaşlı və xəstə bir qadındır və fiziki vəziyyəti kimisə döyməyə yol vermir. Həm də o, bacısının evinə qonaq qismində gəlmiş və X18 ilə bacısı arasında olan mübahisəyə görə, həmçinin onları döydüyünə görə o, 102 xidmətinə müraciət etmişdir. Bunları əsas tutaraq qərar əsassızdır və heç bir sübüt olmadan qəbul edildiyindən ləğv edilməlidir. Daha sonra X9 şikayətinə əlavə verərək, özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmədiyini, böhtan və yalan olduğunu bildirirək qeyd olunan qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə əlavəni onunla əsaslandırmışdır ki, hadisə günü bacısı X2 ilə birlikdə o, öz mülkiyyətində olan mənzilə xəstə bacısı (artıq rəhmətə gedib) X3 dəyməyə və təcili tibbi yardım çağırmaq məqsədi ilə getmişlər. Mərhum qardaşı Fəxrəddin Hüseynovun qeyrirəsmi yaşamış olduğu, hal-hazırda da ona məxsus mənzildə qanunsuz və qeydiyyatsız yaşamağa davam edən X18 heç bir əsaslı səbəb olmadan onun və bacısının həmin mənzilə daxil olmadığına etiraz əlaməti olaraq səs-küy salmış və bacısı ilə onun əl çantalarını mənzildən bayıra atmağa cəhd etmişdir. Bunun qarşını almaq istəyərkən ona və bacısına qarşı ağır söyüşlər işlədərək onlara hücüm edib fiziki ağrılar vermişdir. Məlumat üçün bildirir ki, mənzilində qeydiyyatda olan Məlahət Hüseynovanın qızları Şəfa və Vəfanın istifadə hüquqlarına xitam verilməsi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Bu səbəbdən də Məlahət ona qarşı qərəzli münasibət göstərir və guya onu döyməyi ilə bağlı yalan şikayət etmişdir. Bundan sonra şəsxən o, özü mobil telefonu vasitəsilə "102" xidmətinə şikayət etmişdir. Bundan sonra polis şöbəsində izahat vermişdir. Sonradan, yəni 27 avqust 2024-cü il tarixində istifadəsində olan "***-***-**-**" saylı mobil telefon nömrəsinə Xəzər rayon İcra Şöbəsindən qısa mesaj (SMS) gəlmişdir. Həmin mesajda barəsində inzibati xəta haqqında qərarın qəbul olunduğu qeyd olunmuşdur. Məsələni aydınlarşdırmaq üçün Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Nemətzadəyə müraciət edib qərarın surətini almışdır. Həmin qərardan qısa müddət sonra məhkəməyə şikayət vermişdir. Bildirir ki, əvvəllər heç vaxt nə polis orqanından, nə də başqa şəxslər tərəfindən barəsində qərar verildiyi ona bildirilməmişdir. Qərar ona heç vaxt rəsmi qaydada göndərilməmiş. Onun mövcüdluğu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Xəzər Rayon 2-ci Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru X17 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında X5 xx.xx.2023-cü il tarixdə Buzovna qəsəbəsində vətəndaş X11 döydüyündən X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində 300 manat məbləğdində inzibati qaydada cərimə tətbiq edilmişdir. -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Buzovna qəsəbəsində X11 döymüşdür. Bu fakt xidmət zamanı təhqiqat araşdırması vaxtı raport əsasında yazılmışdır. - Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Cavid Ağayev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən X12 və X19 barəsində AR İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti ərazi üzrə polis sahə inspektoruna təqdim edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, toplanmış material üzrə heç bir cinayət tərkibi yaradacaq əlamətlər aşkar edilməmişdir. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi məqsədəmüvafiqdir. Lakin, vətəndaşlar X9 və X13 bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edildiyi üçün qeyd edilən hər iki şəxsin barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Bu səbəbdən də, qeyd edilən hər iki şəxs barəsində inzibati təsir tədbiri görülməsi üçün qərarın surəti ərazi üzrə polis sahə inspketoruna təqdim edilməlidir. Məhkəmə sorğusu əsasında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən məhkəməyə təqdim edilmiş X9 və X6 müraciəti əsasında toplanmış 1102/23 nömrəli rədd materiallarında olan: -X2 izahatında bildirmişdir ki, xx.xx.2025-cü il tarixdə Buzovna qəsəbəsində yataq xəstəsi olan bacısı X4 baş çəkmək üçün ünvanına gəlmişdir. Evdə olan zaman mərhum qardaşının yoldaşı, X6 yaşadığı otağa daxil olmuşdur. Orada söhbət edən zaman M.Həsənova otağa daxil olmasına irad bildirərək mübahisə yaratmışdır. Özünə məxsus olan çantanı götürərək bayıra çıxmaq istədikdə çantanı alan zaman barmağı çantaya ilişərək qırılmışdır. - X14 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında mülki mübahisəli olduqları hər iki bibisi Reyhan və Züleyxa yaşadıqları ünvana gələrək münaqişə yaratmışlar. Münaqişə zamanı Züleyxa çantasını anasından aldığı zaman sol əlinin barmağına xəsarət yetirmişdir. - 24 oktyabr 2023-cü il tarixli, 1240 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X20” Publik Hüquqi şəxsin rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol əlin sıyrıqları küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduqlarına görə dərəcəsi təyin edilmir. -24 oktyabr 2023-cü il tarixli, 1241 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və X20” Publik Hüquqi şəxsin rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazunun, sol əlin qançırları küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, X9 və X6 müraciəti əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Cavid Ağayev tərəfindən aparılmış araşdırma zamanı X9 (şikayətçi) və X6 bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edildiyi üçün onlar barəsində inzibati təsir tədbiri görülməsi qərara alınmışdır. X9 barəsində məhz bu təhqiqat nəticəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokol əsasından inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Cavid Ağayev tərəfindən aparılmış təhqiqat materiallarında isə X9 tərəfindən X26 (Refet) qızının döyməsini özündə əks etdirən hər hansı bir sübut mövcud deyil. Eyni zamanda müəyyən edilir ki, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasının müəyyən edilməsi istiqamətində hər hansı bir inzibati araşdırma aparılmamış, onun barəsində protokol təhqiqat araşdırması zamanı müəyyən edilmiş hallar əsasında tərtib edilmişdir. Ona görədə məhkəmə hesab edir ki, həmin protokolun sübut kimi qəbul edilməsi mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən X26 (Refet) qızının döyməsi barədə hər hansı bir sübut mövcud olmadığından ona istinad olunan əməlin (inzibati xətanın) onun tərəfindən törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X5 şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Xəzər Rayon 2-ci Polisi Şöbəsinin sahə rəisi polis mayoru X17 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Xəzər Rayon 2-ci Polisi Şöbəsinin sahə rəisi polis mayoru X17 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1849/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1849/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver