Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1852/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 07 iyul 2025-ci il tarixli protokol tərtib edilərək M.Həbibovanın inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-3636/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli, 04251732 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2775,92 manat borc, 100,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 359,68 manat borc, 15,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 323,02 manat borc, 12,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 197,32 manat borc, 8,0 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 60,21 manat məbləğində olmaqla, ümumilikdə 3851,15 manat məbləğində pul vəsaiti X3 tutularaq "xxxx" MMC-yə, Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-1873 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə AL/73549/83/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1901 manat 69 qəpik pul vəsaiti, 202 manat 25 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 2128 manat 94 qəpik pul vəsaiti X3 tutularaq "xxxx" ASC-nin xeyrinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1081/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixli, FG/07610/84/18 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 7582,64 manat, faiz borcuna görə 1441,9 manat, cəriməyə görə 195,51 manat, dövlət rüsumuna görə 113 manat olmaqla cəmi 9333,05 manat X3 tutularaq "xxxx" ASC-nin xeyrinə, Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-3051 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə DK/42046/83/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 283 manat 00 qəpik pul vəsaiti, 40 manat 00 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 348 manat 00 qəpik pul vəsaiti X3 tutularaq "xxxx" ASC-nin xeyrinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 2300 manat ekspertiza xərci X3 tutularaq X8 xeyrinə, Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-5299 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə müddət üçün vaxtında ödənilməmiş 58 manat 00 qəpik pul vəsaiti, 47 manat 00 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik olmaqla cəmi 135 manat 00 qəpik pul vəsaiti X3 tutularaq Bank olmayan Kredit Təşkilatı Azpul MMC-nin xeyrinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-802/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün X4 xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat və 2023-cü il mart ayından 2023-cü il noyabr ayınadək tutulmuş 4997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləği, ümumilikdə 6463.90 (altı min dörd yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh X3 tutularaq iddiaçı X11 ödənilməlidir. İcra sənədləri icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədləri üzrə borcunu könüllü ödəməsilə bağlı müvafiq qərarlar və bildirişlər təqdim edilmişdir. Lakin borclu X6 adıçəkilən icra sənədlərinin icrasından yayınır və icra sənədlərinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyətini, adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Borclunun adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin pul vəsaitləri aşkar edilməmişdir. Hazırda icra sənədləri üzrə borc 28128 manat təşkil edir. İcra sənədləri üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da X6 borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. X4 əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də X4 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 hal-hazırda işləmədiyini, himayəsində azyaşlı övladının olmasını bildirərək borcunu hissə-hissə ödəmək üçün ona müəyyən qədər vaxt verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən tələbkar X12 borclu ilə aralarında barışığın olmamasını qeyd edərək X6 barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 3636/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X3 xx.xx.2022-ci il tarixli, 04251732 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2775,92 manat borc, 100,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 359,68 manat borc, 15,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 323,02 manat borc, 12,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 197,32 manat borc, 8,0 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 60,21 manat məbləğində olmaqla, ümumilikdə 3851,15 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3636/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Bakı Şəhəri 25 saylı Notariat Kontorunun 8İ-3051 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1081/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3636/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 25 saylı Notariat Kontorunun 8İ-1873 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-5299 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 802/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri şöbənin icra məmuru X5 icraatında birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-1873 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, X3 AL/73549/83/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1901 manat 69 qəpik pul vəsaiti, 202 manat 25 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 2128 manat 94 qəpik pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-1873 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş M.Həbibova tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1081/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X3 xx.xx.2021-ci il tarixli, FG/07610/84/18 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 7582,64 manat, faiz borcuna görə 1441,9 manat, cəriməyə görə 195,51 manat, dövlət rüsumuna görə 113 manat olmaqla cəmi 9333,05 manat "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1081/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş M.Həbibova tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən X6 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-3051 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, X3 DK/42046/83/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 283 manat 00 qəpik pul vəsaiti, 40 manat 00 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 348 manat 00 qəpik pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-3051 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş M.Həbibova tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X3 2300 manat ekspertiza xərci X8 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən X6 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-5299 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, X3 müddət üçün vaxtında ödənilməmiş 58 manat 00 qəpik pul vəsaiti, 47 manat 00 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik olmaqla cəmi 135 manat 00 qəpik pul vəsaiti Bank olmayan Kredit Təşkilatı Azpul MMC-nin xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-5299 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 802/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün X4 xeyrinə 2022-ci il dekabr ayından 2023-cü ilin mart ayınadək tutulmuş 2933,73 (iki min doqquz yüz otuz üç manat yetmiş üç qəpik) manat aliment məbləğinin yarısı - 1466,86 (min dörd yüz altmış altı manat səksən altı qəpik) manat və 2023-cü il mart ayından 2023-cü il noyabr ayınadək tutulmuş 4997,04 (dörd min doqquz yüz doxsan yeddi manat dörd qəpik) manat aliment məbləği, ümumilikdə 6463.90 (altı min dörd yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh X3 tutularaq iddiaçı X11 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-802/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 may 2025-ci il tarixli qərarı ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, X6 icra sənədi üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və onun bu günə olan ödənilməmiş borcu 28128 manat təşkil edir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X4 hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1852/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1852/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver