Məhkəmə qərarları › İş №3(003)-1855/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1855/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1855/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 iştirakları ilə Şəxs xx xxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Şimal Dres bağlarında yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 24 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri 25 saylı Notariat Ofisinin 81-1116 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 68,83 manat məbləğində borc tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri 25 saylı Notariat Ofisinin 81-1526 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 2870,64 manat məbləğində borc tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2116/2011 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 2129,39 manat məbləğində borc tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2749 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 1891 manat borc tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4059/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 543,01 manat məbləğində borc tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla 25 saylı Notariat Ofisinin 81-1116 nömrəli, xx.xx.2019-cu, Bakı şəhəri 25 saylı Notariat Ofisinin 81-1526 nömrəli, xx.xx.2020-ci, Xəzər Rayon Məhkəməsinin 2(003)-2116 nömrəli, xx.xx.2022-ci, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2749 nömrəli, xx.xx.2020-ci və Xəzər Rayon Məhkəməsinin 2(003)-4059 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 54.1 və 85-ci maddələrinə əsasən şöbənin icra məmuru X2 icraatında birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu Şəxs indiyə qədər tələbkarlara heç bir ödəniş etməmişdir. 24 iyul 2023-cü tarixdə İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. İzahatında borclu Şəxs indiyə qədər işləmədiyi üçün heç bir ödəniş etmədiyini, adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlakın, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaitinin olmadığını, borcunu bir dəfəyə ödəyə bilməyəcəyini, tələbkarların hər birinə ayda gücü çatdığı qədər hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Göründüyü kimi, borcli indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarların haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, indiyə qədər işləmədiyi üçün tələbkarlara heç bir ödəniş etməmişdir, adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlak, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaiti yoxdur, borcunu bir dəfəyə ödəyə bilməyəcəkdir, lakin tələbkarların hər birinə ayda gücü çatdığı qədər hissə-hissə ödəyə biləcəkdir. Bunun nəzərə alınaraq onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Şimal Dres bağlarında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar