Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1857/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, Bağlar küçəsi, ev 102-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 25 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-266/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 19 aprel 2019-cu il tarixdən başlayaraq 18 fevral 2006-cı il təvəllüdlü Rəsi-zadə Hüseyn Rövşən oğlunun və 13 iyul 2008-ci il təvəllüdlü Rəsi-zadə Seyran Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment tutularaq Rəsi-zadə Rusxarə Vəliəhəd qızına ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında heç bir yerdə işləmədiyinə görə alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Aliment borcunu ödəmədiyinə görə Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətə inzibati həbs edilmişdir. Borclu Şəxs yaşadığı ünvanda tapılmadığına və icra şöbəsinə gəlmədiyinə görə xx.xx.2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. O, bu gün saat 11:30-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Borclu Şəxs bu günə olan aliment borcu 10866 manat təşkil edir və tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmədiyinə görə alimenti ödəyə bilməmiş və borcu yaranmışdır. Sonuncu dəfə 2022-ci ilin may ayında 150 manat ödəniş etmişdir. Hazırda işlədiyini və borcundan ödəniş etmək üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 19 aprel 2019-cu il tarixdən başlayaraq 18 fevral 2006-cı il təvəllüdlü Rəsi-zadə Hüseyn Rövşən oğlunun və 13 iyul 2008-ci il təvəllüdlü Rəsi-zadə Seyran Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment tutularaq Rəsi-zadə Rusxarə Vəliəhəd qızına ödənilməlidir. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətə inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 10866 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən, saat 11:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1857/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1857/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver