Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1858/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin, icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X3 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aliment borcu olan Şəxs, X1 xeyrinə 17000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Lakin Şəxs borcun ödənilməsindən yayınır. Odur ki, X3 icra sənədindəki tələbi, üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək, sabiq həyat yoldaşı Şəxs 2023-cü ilin dekabr ayından etibarən məhkəmə tərəfindən təyin olunan alimenti ödəmədiyini, yalnız bu ilin may ayında hissə-hissə olaraq, ümumilikdə 250 manat məbləğində pul vəsaitini, Günel Məlikovaya məxsus olan, lakin qızının istifadə etdiyi kart hesabına göndərdiyini və borcludan təyin olunmuş alliment üzrə ödənilməmiş borcunun tam şəkildə ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borc tələbinin ödənilməsindən boyun qaçırmadığını, lakin maaşı az olduğundan öhdəliyini tam yerinə yetirə bilmədiyini, imkanı olduqca pul göndərdiyini bildirib, onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə tərəfləri dinləyib, icra sənədlərini və işə əlavə edilmiş materialları, o cümlədən inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokolu, icra vərəqəsini və digər sənədləri araşdıraraq, məhkəmənin eyni qərarını icra etmədiyinə görə nəzərə alıb hesab edir ki, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməklə barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix saat 15:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(003)-1858/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1858/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver