Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-186/2021 23.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH-nin inspektoru polis kapitanı, X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon DYPŞ-in əməkdaşı Əli Xələfov tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli İXP ******* saylı protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində Kərimov Vilayət Kərim oğlu idarə etdiyi “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayon Buzovna qəsəbəsi, Albalılıq yolunda, Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində iki istiqamətli, istiqamətləri qoşa xətt ayıran, hər istiqamədə iki zolaq olan yolun sağdan 2-ci zolağa hərəkət edib, “Albalılıq” marketin qarşısından qoşa xətdin qırıq-qırıq zolaqdan idarə etdiyi avtomobili geriyə qaytarmaq məqsədilə sola dönmə işığını yandırsa da, avtomobili yolunun əks istiqamətinə döndərən zaman o, yolun əks istiqamətində avtomobillərin hərəkət intensivliyini gözləmədən, idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə çıxmış və yolun əks istiqamətində öz yolunda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən çırpırmışdır və yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. X1 idarə etdiyi “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin vaxtı bitmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH-nin inspektoru polis kapitanı, X5 iş materiallarına uyğun izahat verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək, əməldən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə zamanı “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunduğu şirkətin əməkdaşları ora gəlmiş, avtomobillərin fotoşəkillərini çəkmişlər, ona isə həmin çəkilmiş fotoşəkillər əsasında onun avtomobilinə dəymiş ziyan qiymətləndirilməklə əldə edilmiş məbləğ barədə mobil telefonuna sms məlumat göndəriləcəyini bildirmişlər. Hazırda Şəxs yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1/54 nömrəli “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və sərxoş olması müəyyən edilməmişdir. İş materiallarında olan ƏN-Vİİ 086603 nömrəli etibarnamənin surətindən görünür ki, “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən idarə etmək üçün verilmiş etibarnamənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 29 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının əzilmiş yarası, sol kürəyin, sağ baldırın qançırları aşkar edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən inun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin əlamətləri olduğu üçün sürücü barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə material Xəzər RPİ-nin DYPŞ-nin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində Kərimov Vilayət Kərim oğlu idarə etdiyi “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə iki zolaqdan ibarət olan yolun sağdan 2-ci zolağa hərəkət edərkən qoşa xətdin qırıq-qırıq zolaqdan geriyə qayıtmaq məqsədilə sola dönmə işığını yandırsa da, avtomobili yolun əks istiqamətinə döndərən zaman o, yolun əks istiqamətində avtomobillərin hərəkət intensivliyini gözləmədən, idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə çıxmış və yolun əks istiqamətində öz yolunda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Ford Transit” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfindən çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən peşman olmasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №3(003)-186/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-186/2021
23.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver