Məhkəmə qərarları › İş №3(003)-1861/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1861/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1861/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Opel” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Şağan qəsəbəsində yerləşən “Şaurma”nın yanında qarşısına anidən piyada çıxmış və o, piyadanı vurmamaq üçün sukanı sola döndərərək qarşı zolağa çıxararaq qarşıdan gələn “Ford” yük markalı avtomobil ilə toqquşmuşdur. Onun avtomobilində tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 olmuşlar. Hadisə zamanı özü, idarə etdiyi avtomobildə olan tanışları və “Ford” yük markalı avtomobildə olan şəxslər yüngül dərəcəli bədən xəsarətləri almışlar. törətdiyi əməldən peşman olmasını nəzərə alınaraq məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Ford” yük markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan qəsəbəsi istiqamətində Şağan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Şağan qəsəbəsində yerləşən “Şaurma”ya yanında qarşı zolaqda hərəkətdə olan “Opel” markalı avtomobil onun hərəkətdə olduğu zolağa çıxaraq onun idarə etdiyi avtopmobil ilə toqquşmuşdur. Hadisə zamanı ona yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda səhəti normaldır, Şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs5 izahatında bildirmişdir ki, o, hadisə zamanı atası Sərvərin idarə etdiyi “Ford” yük markalı avtomobildə olmuşdur. Şağan qəsəbəsində yerləşən “Şaurma”ya yanında qarşı zolaqda hərəkətdə olan “Opel” markalı avtomobil onların hərəkətdə olduqları yolun hissəsinə çıxmış və həmin avtomobil atasının idarə etdiyi avtopmobil ilə toqquşmuşdur. Hadisə zamanı ona yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 teleqram vasitəsilə məhkəməyə müraciət edərək Şəxs qarşı heç bir şikayətinin olmadığını, yol-nəqliyyat hadisəsi zamanı ona dəyən ziyanın ödənildiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 teleqram vasitəsilə məhkəməyə müraciət edərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Opel” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddə ilə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X5 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1018 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol saidin, sol dizin əzilmiş yaraları, sol dizin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dizin əzilmiş yaraları, sol dizin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1020 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ dirsəyin əzilmiş yarası, hər iki dirsəyin və hər iki dizin qançıları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki dirsək və hər iki diz oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1008 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət- sağ dizin, sağ ayağın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu, sağ diz və sağ aşıq-baldır oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1003 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- sol dizin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun, sol bazu və sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1002 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2004-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət- sağ dirsəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun, sağ dirsək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 1/7532 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarətləri dəymişdir. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar