Məhkəmə qərarları › İş №3(003)-1863/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1863/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1863/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx.xx.2023-cü il il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aviasiya Akademiyasının yaxınlığında Şəxs Etibar oğlu idarə etdiyi “Opel” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan X3 xidmət apardığı BMV markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla toqquşmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, “Opel” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il traixdə Mehdiabad qəsəbəsindən sərnişin götürmüş və Binə qəsəbəsi istiqamətində hərkət etməyə başlamışdır. Saat 10 radələrində o, aviasiya akedemiyasının qarşısında sağ 1-ci zolaqla 70 km/saat sürətlə hərəkətdə olan zaman yolun kənarında dayanmış YPX-nə məxsus BMVV markalı avtomobilin yanında avtomobilinin sükanı anidən sağa doğru dönmüşdür. Həmin vaxt avtomobilinin sağ qabaq hissəsi yolun kənarıinda dayanmış vəziyyətdə olan BMVV markalı avtomobilin arxa sol yan hissəsindən dəymiş və avtombil fırlanaraq beton səkiyə dəymişdir. Avtomobildə olan sərnişin xəsarət almışdır. Törətdiyini əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 19 iyun 2023-cü il tarixli, 633 saylı rəyində görünür ki, 1981-cı il təvəllüdlü X3 məhkəmə-tibb ekspertizasına əsasən, tibbi sənəddə yazılanlara, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: İ.R.Ə.Əsgərovun bədəni üzərində aşkar edilmiş xəsarətlər — sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının əzilmiş yarası, sol üst göz qapağının, sol gözaltı nahiyyənin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlar na görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 19 iyun 2023-cü il tarixli, 634 saylı rəyində görünür ki, 1976-cı il təvəllüdlü X2 məhkəmə-tibb ekspertizasına əsasən, tibbi sənəddə yazılanlara, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: 1.X.H.Quliyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər — boynun nöqtəşəkilli qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun və sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa тпб492 0 1 азда səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materillarında olan 1/3345 nömrəli, 15 iyun 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 1/3356 nömrəli, 15 iyun 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis kapitanı Ruhan Adilbəyli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Opel” markalı **- TY-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü Şəxs Etibar oğlunun əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 327.8-Çİ maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Şəxs Etibar oğlunun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X8 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hall kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar