Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1863/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi, icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İİ qrup əlil, işlməyən, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbəsi ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi, icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağının saxlanılması üçün yetkinlik yaşına çatanadək X2 xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək rayon icra və probasiya şöbəsindən Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Bundan sona icra sənədi üzrə tədbirlər davam etdirilmişdir. İcra sənədi üzrə alimenti ödəmədiyindən borcu yaranmış, həmçinin yerinin müəyyən etmək mümkün olmadığından axtarış elan edilmişdir. Həmçinin bildirmişdir ki, məhkəməyə gətirilməzdən əvvəl tələbkarla əlaqə saxlanılmış və Şəxs tərəfindən 1000 manat ödəniş aparıldığını bildirmişdir. Hazırda borcun məbləği 6706 manat təşkil edir. Əlilliyə görə təqaüdün verilməsi dayandırıldığından yaranmış borcun onun təqaüdünə yönəldilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ankoloji xəstəliyinə görə 2-ci qrup əlildir və imkanı oluqca ödənişlər etmişdir. Sonuncu dəfə bir gün əvvəl 300 manat ödəniş etmişdir. 2024-cü ilin iyun ayından hal-hazıradək 1000 manat ödəniş etmişdir. Bundan sonra ödənişlər edəcək və alimenti ödəməkdən yayınmır. Həmçinin bildirdi ki, əlilliyinə görə ona verilən təqaüd onun razılığı əsasında Naxçıvan Muxtar Respublikasında icra məmuru tərəfindən verilən kart hesabını “Kapital Bank” təqdim etmiş və ona verilən təqaüd həmin tələbkara məxsus hesaba ödənilmişdir. Təqaüdün verilməsi ola bilsin ki, bu ay kəsilmişdir. Belə ki, ona müvafiq komissiyadan keçməyi bildirmişdir. Bundan sonra bir ay ərzində 1000 manat ödəniş edəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi ödəməkdən yayınması səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs 2-ci qrup əlildir və 220 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halların mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi barədə Şəxs məlumatı vardır və onun hal-hazırda həmin icra sənədi üzrə 6705 manat manat aliment borcu təşkil edir. Həmçinin işin hallarından görünür ki, Şəxs 2-ci qrup əlildir və o, müəyyən müddətlərdə icra sənədləri üzrə ödənişlər etmiş və bundan sonrada ödəniş etmək niyyətindədir. Eyni zamanda iş üzrə müəyyən olunur ki, icra sənədi üzrə onun tərəfindən son bir ay müddətində 1000 manat ödəniş aparılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra sənədi üzrə yaranmış borcun ödənilməsi üçün yeni müddətinin təyin edilməsi halı da olmamışdır. Bununla da müəyyən olunur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halı Şəxs tərəfindən hərəkətlər edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1863/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1863/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver