Məhkəmə qərarları › İş №3(003)-1863/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1863/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1863/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş 30 iyun 2025ci il tarixli EP ******* nömrəli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00800-00870/25 nömrəli protokola əsasən qəbul edilmiş Hava Nəqliyyatında inzibati tənbeh vermə haqqında EP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanının bilavasitə obyekti olan malların dəyərinin yəni 170 manat məbləğin 40 faizi məbləğində olmaqla 68 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə xaricdə təhsil alan övladının yanından yəni Çexiyadan Azərbaycana gələrkən oğlu ona ad günü hədiyyəsi olaraq 1 ədəd "Realme Note 60" markalı telefon almışdır. Hava limanında pasport yoxlama bölməsindən keçərkən telefon barədə heç bir şey ondan soruşulmamış və təzyiqi olduğu üçün tez-tələsik çamadınını götürərək aeroport ərazisini tərk etmişdir. 5-6 gün sonra səhhəti yaxşılaşdıqdan sonra poçt şöbəsinə gedərək telefonunu qeydiyyata aldırmaq istədikdə ona ilkin qeydiyyatın gömrükdə olduğu bildirilmişdir. Bundan sonra o məcbur qalaraq areoportadakı gömrük idarəsinə yaxınlaşdıqda ona ərizə yazmalı olduğu bildirilmişdir. Ərizə verdikdən sonra ona bildirilmişdir ki, 15 gün ərzində özləri onunla əlaqə saxlayacaqlar. xx.xx.2025-ci il tarixdə onu ora dəvət edərək kiçik kağıza cərimə məbləği yazaraq ödəməli olduğu bildirilmişdir. O isə həmin məbləği ödəməkdən imtina edərək protokolu imzalamamışdır. Belə ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Xaricdən gətirdiyi telefona görə hava limanında qeydiyyatın olduğu, onu bəyan etməli olduğu barədə onun şəxsən məlumatı olmamışdır. Bu barədə ona heç bir məlumat da verilməmişdir. Heç bir xəbərdaredici məlumat lövhəsini görməmiş və heç kim ona bunu izah etməmişdir. Qeyd olunan qərarla razı deyil. Qeyd olunan inzibati xəta tərəfindən törədilməmişdir. İşin halları tam araşdırılmamışdır. Belə ki, qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında iş bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 436.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında inzibati xəta haqqında qərardan verilən şikayət üzrə qərar qəbul edilir. Yuxarıdakılara əsasən onun barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xaricdə təhsil alan övladının yanından yəni Çexiyadan Azərbaycana gələrkən oğlu ona ad günü hədiyyəsi olaraq 1 ədəd "Realme Note 60" markalı telefon almışdır. Hava limanında pasport yoxlama bölməsindən keçərkən telefon barədə heç bir şey ondan soruşulmamış və təzyiqi olduğu üçün tez-tələsik çamadınını götürərək aeroport ərazisini tərk etmişdir. 5-6 gün sonra səhhəti yaxşılaşdıqdan sonra poçt şöbəsinə gedərək telefonunu qeydiyyata aldırmaq istədikdə ona ilkin qeydiyyatın gömrükdə olduğu bildirilmişdir. Bundan sonra o məcbur qalaraq areoportadakı gömrük idarəsinə yaxınlaşdıqda ona ərizə yazmalı olduğu bildirilmişdir. Ərizə verdikdən sonra ona bildirilmişdir ki, 15 gün ərzində özləri onunla əlaqə saxlanılacaqdır. xx.xx.2025-ci il tarixdə onu dəvət edərək cərimə məbləği yazaraq ödəməli olduğu bildirilmişdir. O isə həmin məbləği ödəməkdən imtina etmişdir. Çünki o qanunverciliyin tələblərini bilməmişdir. Həmçinin Gömrük orqanının ona cərimə yazmaq səlahiyyəti olmamışdır.Buna görə də qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı gömrük xisməti kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00800-00870/25, EP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənini Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/019845 nömrəli raporta əsasən Azərbaycan Respublikası vətəndaşı, X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavənin 9-cu bəndinin tələbləri pozularaq, 31,05.2025-ci il tarixdə ölkə ərazisinə gətirilən gömrük dəyəri 170 manat olan “Realme Note 60” markalı **********/**********71770 İME1 kodlu mobil telefon gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına yazılı formada bəyan edilməmişdir. Bu fakt 3-33- 3100/012/019845 raport, həmin raporta əlavə edilmiş X5 tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizə ilə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 ifadəsində bildirmişdir ki, 31,05.2025-ci il tarixdə Çexiyadan Azərbaycan Respublikasına gələrkən özü ilə birlikdə 1 (bir) ədəd “Realme Note 60” markalı 86011**********/**********71770 İMEİ kodlu mobil telefon gətirmiş, həmin gün mobil telefonu təyyarədən enən zaman bəyan etməyib. O, xx.xx.2025-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsinə həmin mobil cihazı bəyan etmək üçün müraciət etmiş və qanunvericiliyin tələbi üzrə mobil telefonu rəsmiləşdirmək üçün köməklik göstərilməsini xahiş etmişdir. Nəticədə, işin bütün halları nəzərə alınaraq X5 tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibat qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində məyyən olunmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Baş İdarənini Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/019845 nömrəli raporta əsasən Azərbaycan Respublikası vətəndaşı, X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavənin 9-cu bəndinin tələbləri pozularaq, 31,05.2025-ci il tarixdə ölkə ərazisinə gətirilən gömrük dəyəri 170 manat olan “Realme Note 60” markalı F **********/**********71770 İME1 kodlu mobil telefon gömrük rəsmiləşdirilməsini həyata keçirən qömrük orqanına yazılı formada bəyan edilməmişdir. Azərbaycan Respublikası İXM-in 482,1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə inzibati məsuliyyət müəyyən olumuşdur. Faktla əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşı, X5 tərəfinidən törədilən əməldə AR İXM-in 482.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə 00800-00870/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanmışdır. Bu fakt 3-33-3100/012/019845 raport, həmin raporta əlavə edilmiş X5 tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizə ilə öz təsdiqini tapmışdır. Barəsində xəta haqqında iş üzrə icraat aparılan X5 ərizəsində bildirmişdir ki, 31,05.2025-ci tarixdə Çexiyadan Azərbaycan Respublikasına gələrkən özü ilə birlikdə 1 (bir) ədəd “Realme Note 60” markalı 86011**********/**********71770 İMEİ kodlu mobil telefon gətirmiş, həmin gün mobil telefonu təyyarədən enən zaman bəyan etməyib. O, xx.xx.2025-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsinə həmin mobil cihazı bəyan etmək üçün müraciət etmiş və qanunvericiliyin tələbi üzrə mobil telefonu rəsmiləşdirmək üçün köməklik göstərilməsini xahiş etmişdir. Nəticədə, işin bütün halları nəzərə alınaraq X5 tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibat qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində məyyən olunmuş inzibati xəta törədilmişdir. Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı, X8 tərəfındən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haggında protokol tərtib edilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə gərardad gəbul edilərək X4 təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, işə baxılması onun səlahiyyətlərinə aiddir. Yuxarıda göstərilənlər və işin digər halları nəzərə alınaraq Azərbaycan Respublikası vətəndaşı, X5 (pasport PC AZE C03718698, FİN 0X5ND5K) Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 170 (bir yüz yetmiş) manat məbləğinin 40 (qırx) faizi məbləğində olmaqla 68 (altmış səkkiz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X5 verilmiş şikayətini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X2 qərar qəbul etmək səlahiyyətinin olmaması, həmçinin qanunverciliyin tələblərini bilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480 – 482, 483 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Komitənin sədri, onun müavinləri, X1-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri baxmaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavənin 9-cu bəndinə əsasən səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısına daxil edilmişdir. Şikayətə baxılması ilə bağlı müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavənin 9-cu bəndinin tələbləri pozularaq, 31,05.2025-ci il tarixdə ölkə ərazisinə gətirilən gömrük dəyəri 170 manat olan “Realme Note 60” markalı F **********/**********71770 İME1 kodlu mobil telefon gömrük rəsmiləşdirilməsini həyata keçirən qömrük orqanına yazılı formada bəyan edilməmişdir. Bu fakt 3-33-3100/012/019845 raport, həmin raporta əlavə edilmiş X5 tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizə ilə öz təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 ifadəsində bildirmişdir ki, 31,05.2025-ci il tarixdə Çexiyadan Azərbaycan Respublikasına gələrkən özü ilə birlikdə 1 (bir) ədəd “Realme Note 60” markalı 86011**********/**********71770 İMEİ kodlu mobil telefon gətirmiş, həmin gün mobil telefonu təyyarədən enən zaman bəyan etməyib. O, xx.xx.2025-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsinə həmin mobil cihazı bəyan etmək üçün müraciət etmiş və qanunvericiliyin tələbi üzrə mobil telefonu rəsmiləşdirmək üçün köməklik göstərilməsini xahiş etmişdir. Nəticədə, işin bütün halları nəzərə alınaraq X5 tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibat qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində məyyən olunmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə nəzərə çatdırır ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində məyyən olunmuş inzibati xəta törədildiyindən barəsində əsaslı olaraq xx.xx.2025-ci il tarixli 00800-00870/25, EP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar