Məhkəmə qərarları › İş №3(003)-1865/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1865/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1865/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin məmuru X3, Borclu Şəxs, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına görə tərtib edilmiş icra sənədinə əsasən Şəxs tərəfindən X1 xeyrinə 1.035 (bir min otuz beş) manat məbləğində vəsait ödənilməlidir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməkdən qəsdən yayınır, icra sənədi üzrə borcu ödəməmişdir. Bu səbəbdən də, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda icra məmuru qeyd etmişdir ki, Şəxs adına hər hansı bir əmlak mövcud deyil, ödənişi az məbləğlərlə edir, hazırda borcu 575 manat təşkil edir. X2 izahatında icra məmurunun dediklərini təsdiq edərək borclu Şəxs barəsində qanunamüvafiq tədbir görülməklə inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Borclu Şəxs izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, maddi imkanı yoxdur, özünün 59 yaşı olmasına baxmayaraq xəstə anasına baxır, məhz X1 borcunu maddi imkansızlıqdan ödəyə bilmədiyi üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur, həmin cərimə olmasaydı tələbkara olan borcunu tam şəkildə ödəyə bilərdi, qeyd edilən cərmədən də 20 manat borcu qalmışdır, məhkəmənin qərarının icrasından boyun qaçırmır, imkanı daxilində 2024-cü ilin ortalarından az da olsa demək olar ki, hər ay ödəniş edir, qızının maddi yardımı ilə məhkəmə baxışı günü də 100 manat ödəmişdir ki, hazırda icra vərəqəsinə görə tələbkara qalan borcu 475 manat təşkil edir, qalıq borcu da qızının və yaxın qohumlarının maddi dəstəyi ilə yaxın vaxtlarda ödəyəcək. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, həqiqətən də Şəxs X1 xeyrinə 2024cü ilin iyul ayından başlayaraq demək olar ki hər ay az məbləqdə ödəniş etmiş, sonuncu ödənişi isə məhkəmə baxışı gününə təsadüf etməklə 100 manat təşkil edir. Hazırda qalıq borcu 475 manatdır. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki iş materiallarından borclu Şəxs məhkəmənin qərarını üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar