Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1866/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 09 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1752/21 saylı, xx.xx.2021-ci il və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3812/21 saylı, xx.xx.2021-ci il, Bakı şəhəri 25 saylı Notariat Kontorunu 4569 saylı 22 iyun 2023-cü il və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4462/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqələri Şöbəyə daxil olmuş, daxil olduqdan sonra cavabdeh şöbəyə dəvət olunmuş, rəsmi olaraq tələbin könüllü icrası haqqında bildirişlər onun tərəfindən imzalanmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1752/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 1127 manat və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3812/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 236 manat 99 qəpik alınaraq alının "xxxx" ASCyə, Bakı şəhəri 25 saylı Notariat Kontorunu 4569 saylı 22 iyun 2023-cü il tarixli icra qeydinə əsasən 372 manat pulun borclu Şəxs alınaraq "xxxx" MMC-yə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4462/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1369,36 manat pulun borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İcra vərəqələri xx.xx.2024-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Şəxs axtarışla şöbəyə gətirilimişdir. Ağacəfər Rizvan oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun barəsində olan məhkəmə qətnamələrindən məlumatlıdır. Qətnamlərin icrasından yayınmamış, maddi imkanı olduğu müddətdə ödəməyə çalışmışdır. Məhkəmə tərəfindən ona verilən müddət ərzində borcundan 20 (iyirmi) manat ödəniş etdiyini, qısa zaman ərzində borcundan yenə ödənişlər edəcəyini bildirərək onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki; -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3812/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 236 manat 99 qəpik alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri 25 saylı Notariat Kontorunu 4569 saylı 22 iyun 2023-cü il tarixli icra qeydinə əsasən 372 manat pulun borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4462/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1369,36 manat pulun borclu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməsi qərar alınmışdır. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1752/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 1127 manat alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1866/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1866/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver