Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1867/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) qanuni təmsilçisi və direktoru X2 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Hüquqi Ünvanı olan Bakı şəhəri Nərimanov rayonu X7 ev 2 mənzil 30 olan Şəxs (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından göndərilmiş və şirkətin adından verilmiş xx.xx.2022-ci il tarixli **********2963 sorğu nömrəli gömrük bəyannaməsi ilə 8 ədəd “Rivacor 3 VR-T ProMRİ” adlı 12 ədəd “Rivacor 3 DR-T ProMRİ” adlı, 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı, 36 ədəd “Plexa S 65 ProMRİ” adlı, 28 ədəd “Solia S 53” adlı, 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı, 16 ədəd “X5-45” adlı, 16 ədəd “X6” adlı, 65 ədəd “Lİ-8 plus G” adlı yüklər bəyan edilmişdir. Yüklərə baxış zamanı bəyan edilmiş 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı yükdən 1 ədədinin, bəyan edilmiş 28 ədəd “Solia S 53” adlı yükdən 1 ədədinin və bəyan edilmiş 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı yükdən 24 ədədinin artıq olduğu məlum olmuşdur. Şəxs (VÖEN:**********) tərəfindən gömrük orqanlarına bəyan edilməyən 1 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı 1 ədəd “Solia S 53” adlı və 24 ədəd “Sentus ProMRl OTW QP L-85” adlı yüklər protokol əsasında götürülərək araşdırma başa çatanadək saxlanılmışdır. Gömrük orqanlarına düzgün bəyan edilməyən 1 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı yükün invoys dəyərinin 2275 avro, 1 ədəd “Solia S 53” adlı yükün invoys dəyərinin 190 avro, “Sentus ProMRİ OTW QP L-85” adlı yükün 1 ədədinin 500 avro, 24 ədədinin invoys dəyərinin isə 12000 avro təşkil etdiyi müəyyənləşdirilmiş nəticədə isə düzgün bəyan edilməyən malların dəyərinin 14465 avro (xx.xx.2022-ci il məzənnəyə əsasən 25378,84 manat təşkil edir) olduğu məlum olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar: Şəxs (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından göndərilmiş və şirkətin adından verilmiş xx.xx.2022-ci il tarixli, **********2963 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair xx.xx.2022-ci il tarixli TR3009ASİAMED TENDER 067 saylı invoys sənədindən malların dəyəri əks olunmuş, Gömrük orqanlarına düzgün bəyan edilməyən 1 ədəd “Rivacor 3 HF-T QP ProMRiİ” adlı yükün invoys dəyərinin 2275 avro, 1 ədəd “Solia S 53” adlı yükün invoys dəyərinin 190 avro, “Sentus ProMRİ OTW QP L-85” adlı yükün 1 ədədinin 500 avro, 24 ədədinin invoys dəyərinin isə 12000 avro təşkil etdiyi müəyyənləşdirilmi nəticədə isə düzgün bəyan edilməyən malların dəyərinin 14465 avro (xx.xx.2022-ci il tarixli məzənnəyə əsasən 25378,84 manat təşkil edir) olduğu məlum olmuşdur. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə 00800-0289/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X4 göstərdi ki, dirketoru olduğu şirkət tibbi avadanlıqların idxalı və satışı ilə məşğuldur. Sonuncu dəfə İcbari Tibbi Sığorta bürosunun elan etdiyi tender nəticəsində bəzi xəstəxanaları tibbi avadanlıqlarla təchiz etmək məqsədilə Türkiyə Respublikasından “Rivacor 3 VR-T ProMRİ” adlı,“Rivacor 3 DR-T ProMRİ” adlı,“Rivacor 3 HF-T QP ProMRİ” adlı,“Plexa S 65 ProMRİ” adlı,“Solia S 53” adlı,“Sentus ProMRİ OTW QP L-85” adlı,“X5-45” adlı,“X6” adlı, 65 ədəd “Lİ-8 plus G” adlı yüklər sifariş etmişdir. Sifariş etdikdən sonra həmin məhsullara görə ödənişləri birdəfəlik ödəyə bilmədiyi üçün o malların 2 partiya ilə göndərilməsini şirkətdən xahiş etmiş, Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndəsi sifariş etdiyi malları 2 hissəyə bölmüş və tərtib edilən proforma invoys sənədi əsasında malları Azərbaycan Respublikasına göndərmişdir. Şirkətin ünvanına gələn yüklər proforma invoys sənədinə əsaslanmaqla xx.xx.2022-ci il tarixli **********2963 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilmiş və həmin bəyannamədə 8 ədəd “Rivacor 3 VR-T ProMRİ” adlı 12 ədəd “Rivacor 3 DR-T ProMRİ” adlı, 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı, 36 ədəd “Plexa S 65 ProMRİ” adlı, 28 ədəd “Solia S 53” adlı, 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı, 16 ədəd “X5-45” adlı, 16 ədəd “X6” adlı, 65 ədəd “Lİ-8 plus G” adlı yüklər adlı mallar qeyd edilmişdir. Yüklər bəyan edildikdən sonra baxış keçirilmiş və nəticədə 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı yükdən 1 ədədinin, 28 ədəd “Solia S 53” adlı yükdən 1 ədədinin, 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı yükdən 24 ədədinin artıq olduğu məlum olduşdur. Həmçinin, 36 ədəd “Plexa S 65 ProMRİ” adlı yükdən 1 ədədinin az olduğu məlum olduşdur. O buna görə Türkiyə Respublikasında fəaliyyət göstərən və malları göndərən şirkətlə əlaqə saxlamış və şirkətin nümayəndəsi səhvlik nəticəsində partiyalara bölünmüş malın proforma invoys sənədi ilə uyğun yazılmadığını bildirmişdir. Sifariş edilmiş malların ikinci partiyası gələrkən tərtib edilmiş proforma invoys sənədində malların sayı qeyd olunandan azdır. Nəticədə göndərilən mal partiyaları ilə müşaiyət sənədləri arasında uyğunsuzluq vardır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin qanuni təmsilçisi və direktorunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “B.K.T” Hava Limanı gömrük postunun inspektoru Zeynalov Simran və mallar barəsində səlahiyyətli şəxs Alıyev Adıgözəl tərəfindən tərtib olunmuş 02 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, **********0 aviaqaimə ilə Şəxs MMC adına ölkəyə daxil olmuş 9 yer, 72 kq-dan ibarət olan yükə baxış zamanı TR3009 ASİAMED_001 nömrəli xx.xx.2022-ci il tarixli invoysla 2-ci mal mövqeyində 1 ədəd “Rivacor 3 DR-T ProMRİ” adlı, 5-ci mal mövqeyində 1 ədəd “Solia S 53” adlı, 6-cı mal mövqeyində 24 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı malların yükün için olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli **********2963 sorğu nömrəli gömrük bəyannaməsi ilə 8 ədəd “Rivacor 3 VR-T ProMRİ” adlı 12 ədəd “Rivacor 3 DR-T ProMRİ” adlı, 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı, 36 ədəd “Plexa S 65 ProMRİ” adlı, 28 ədəd “Solia S 53” adlı, 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı, 16 ədəd “X5- 45” adlı, 16 ədəd “X6” adlı, 65 ədəd “Lİ-8 plus G” adlı yüklər bəyan edilmişdir. Yüklərə baxış zamanı bəyan edilmiş 16 ədəd “Rivacor 3 HF-T QP ProMRİ” adlı yükdən 1 ədədinin, bəyan edilmiş 28 ədəd “Solia S 53” adlı yükdən 1 ədədinin və bəyan edilmiş 16 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı yükdən 24 ədədinin artıq olduğu məlum olmuşdur. 02 dekabr 2022-ci il tarixdə **********0 aviaqaimə ilə Şəxs MMC adına ölkəyə daxil olmuş 9 yer, 72 kq-dan ibarət olan yükə baxış zamanı TR3009 ASİAMED_001 nömrəli xx.xx.2022ci il tarixli invoysla 2-ci mal mövqeyində 1 ədəd “Rivacor 3 DR-T ProMRİ” adlı, 5-ci mal mövqeyində 1 ədəd “Solia S 53” adlı, 6-cı mal mövqeyində 24 ədəd “Sentus ProMRİ OTW QP L-85” adlı malların yükün için olmadığı müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi “X1 Ltd Şti” şirkəti tərəfindən mallar 2 dəfə olmaqla göndərilmişdir. Şirkətin səhvi üzündən mallar ölkə ərazinə 1-ci dəfə artıq göndərilmiş, lakin 2-ci dəfə göndərilən mallar daha az göndərilməklə bu hal aradan qaldırılmış və mallar ölkəyə tam şəkildə daxil olmuşdur. Belə olan halda “X1 Ltd Şti” şirkətinin səhvi üzündən Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1867/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1867/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver