Məhkəmə qərarları › İş №3(003)-1867/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1867/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1867/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Şəxs xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yaşlı iki əkiz uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:38 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Qala qəsəbələri arası yolda “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının ilə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 oğlu bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X2 tərəfindən 05 iyul 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Qala qəsəbələri arası yolda idarə etdiyi “Daewoo” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Stansiya Qala qəsəbəsi istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində gedən 2 istiqamətli, istiqamətləri qırıqqırıq xətt ayıran yolda saatda təxminən 50 km sürətlə hərəkət edib, qarşıda yol ayrıcına yaxınlaşıb, yol ayrıcında anidən avtomobili sol istiqamətdə, yəni “28 May” küçəsinə yönəltməsinə anidən qərar verib avtomobilin sürətini saatda 30-40 km sürət həddinə endirib avtomobili ilə yol ayrıcından sol istiqamətə manevr edib sol tərəfə yönələrək yolun əks hərəkət zolağına daxil olan kimi, yolun əks istiqamətində hərəkət edən “Mersedes” markalı avtomobilin qarşısına çıxdıqda öz hərəkət zolağında hərəkət edən “Mersedes” markalı avtomobilin qabaq sağ tərəfi, onun idarə etdiyi avtomobilin qabaq tərəfinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra avtomobili saxlayıb yerə düşmüş və hadisə nəticəsində yüngül xəsarət almış “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 oğlunu TTY maşını ilə xəstəxanaya aparmış, müalicə xərci kimi ona 1100 manat pul vermişdir. Xəstə gözündən əməliyyat olunmuş, xəstəxanada bir gün qalmış, sonra evə buraxılmışdır. Ehtiyatsızlıqdan törədiyi bu əməlindən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində 1 yaşlı iki əkiz uşağı. Bir daha bildirir ki, bütün müayinə və müalicə xərclərini ödəyərək zərərçəkmiş şəxslə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının ilə sürücü Zərərçəkmiş şəxs1 izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Qala qəsəbələri arası yolda idarə etdiyi “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mərdəkan qəsəbəsi istiqamətindən Stansiya Qala qəsəbəsi istiqamətində gedən 2 istiqamətli, istiqamətləri qırıq-qırıq xətt ayıran yolda saatda təxminən 40 km sürətlə hərəkət edib, qarşıda yol ayrıcına yaxınlaşıb,yolun əks istiqamətində hərəkət edən “Daewoo” markalı avtomobilin yol ayrıcından anidən onun hərəkət zolağına daxil olaraq sağ istiqamətdə hərəkət etməsini görsə də, dönmə manevri edərək onun hərəkət zolağına daxil olmuş avtomobil ilə onun avtomobilinin arxa məsafəsi yaxın olduğundan, o, idarə etdiyi avtomobilin tormozundan istifadə edə bilməyərək avtomobilin qabaq sağ tərəfi ilə yolun əks istiqamətində hərəkət edərək yol ayrıcından onun avtomobili ilə hərəkət zolağının sağ tərəfinə, yəni “28 May” küçəsinə manevr edib dönmək istəyən avtomobilin sağ tərəfinə çırpılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə ziyan dəysə də, o, Şəxs Müslüm oğlu ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs, olan “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 da sürücü Zərərçəkmiş şəxs1 izahatı ilə oxşar, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, xəsarət alsa da, sürücü Şəxs Müslüm oğlu ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 635 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alının, sol üst göz qapağının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən məlum olmuşdur ki, “Daewoo” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, 10.06..2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan-Qala qəsəbələri arası yolda Şəxs idarə etdiyi “Daewoo” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və həmin vaxt avtomobillərə ziyan dəymiş, “Mersedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibinin yaranması məlum olduğu üçün onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üşün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək peşman olmasını bildirməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar