Məhkəmə qərarları › İş №3(003)-1867/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1867/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1867/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 30 iyul 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(003)-1373/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5000 manat borc məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs və 80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2-2(113)-331/2023 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-dən 20155 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4718/2023 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-dən 21030,76 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Habelə Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2- 2(113)-4744/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hər dörd icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, icra vərəqələri üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun 07 may 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(003)-1373/2023 saylı icra sənədi, Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2-2(113)- 331/2023 saylı icra sənədi, Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4718/2023 saylı icra sənədi və Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-4744/2023 saylı icra sənədi bir icraatda birləşdirilmişdir. Borclu icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində məhkəmə tərəfindən məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Borclunun hər dörd icra vərəqəsi üzrə ümumi borcu 45989 manat təşkil edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, maddi vəziyyətinin aşağı olması səbəbindən icra sənədləri üzrə borcunu ödəyə bilmədiyini, icra sənədi üzrə tələbi hissəhissə olmaqla ödəmək niyyətində olduğunu və bununla bağlı məhkəməyə ərizə ilə müraciət etdiyini, lakin məhkəmə tərəfindən ərizəsinin təmin edilmədiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasında qərəzli olaraq yayındığını, borcun tam ödənilməsini tələb etdiyini bildirərək, borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(003)-1373/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 5000 manat borc məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs və 80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2-2(113)-331/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu "xxxx" MMC-dən 20155 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4718/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu "xxxx" MMC-dən 21030,76 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023cü il tarixli, e-2-2(113)-4744/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 07 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(003)-1373/2023 saylı icra sənədi, Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2-2(113)- 331/2023 saylı icra sənədi, Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4718/2023 saylı icra sənədi və Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-4744/2023 saylı icra sənədi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun icraatında birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 8(003)-193/2023 saylı qərardadının surətindən görünür ki, Şəxs Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədləri üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxsnın hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru E.Fərəzəliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən dörd icra sənədi üzrə tələb üzrsüz olaraq icra edilməmişdir. Bu hal inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, zərərçəkmiş şəxsin verdiyi izahatlarda, həmçinin iş materiaalrında öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırda borclunun icra sənədləri üzrə ümumi borcu 45989 manat təşkil edir. O, icra sənədləri üzrə indiyədək yalnız bir dəfə barəsində 12 fevral 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edildikdən sonra Zərərçəkmiş şəxs xeyrinə 300 manat məbləğində ödəniş etmişdir. Lakin sonrakı müddət ərzində o, icra sənədləri üzrə tələbi icra etmək üçün heç bir addım atmamış və hər hansı bir ödəniş etməmişdir. Bu hal onun icra sənədləri üzrə tələbi icra etməkdən üzrsüz şəkildə yayındığını təsdiq edir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 30 iyul 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar