Məhkəmə qərarları › İş №3(003)-1871/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1871/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1871/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nın sahə inspektoru Ruzi Mustafayevin iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş 09 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nın sahə inspektoru Ruzi Mustafayev protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 09 iyul 2025-ci il tarixdə xidmətdə olarkən Buzovna qəsəbəsi ərazisində şəxsin tütün məmulatı istifadə etməsi müəyyən edilməmiş yerdə tütün məmulatı istifadə etməsi aşkar edilmişdir. Ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişdir. Lakin, o bundan imtina etmiş və yanında olan Şəxs ilə birlikdə polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü ona elan edilmiş maddələr üzrə təqsirli bilmir. Belə ki, dostu 09 iyul 2025-ci il tarixdə tütün məmulatı çəkərkən polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini təklif etdi, dostu bu zaman özünü itirmiş və oda dostuna kömək etmək istəmiş, bu zaman araların sözlü mübahisə yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş 09 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 09 iyul 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və və onun həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ona tətbiq ediləcək cərimə məbləğində nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200,0 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati həbsdə olduğu 01 gün nəzərə alınaraq onun üzərində 100 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar