Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1872/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-cü Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında oğlu bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs qadağan olunmuş yerdə tütün məmulatından istifadə etdiyi üçün özünü ona təqdim edərək, özünü təqdim etməsini xahiş etmişdir. Şəxs özünü ona təqdim etməkdən imtina etmiş, 10 dəqiqə ərzində dəfələrlə müraciət etməsinə baxmayaraq imtina etmiş, onun yanında olan X3 onun hərəkətlərinə haqq qazandırmışdır. Özlərini təqdim etməkdən imtina etdikləri üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən kömək istəmiş, onları Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə marketin qarşısında siqaret çəkərkən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 onlara yaxınlaşaraq qadağan olmuş yerdə siqaret çəkdiklərini bildirmiş, özünü təqdim etməyi xahiş etmişdir. Lakin o və dostu cərimə cəzasından qorxduğu üçün özlərini təqdim etməkdən imtina etmişdir. Məsuliyyətə səbəb olacağını bilmədiyindən özünü polis əməkdaşına təqdim etməmişdir. Əməlindən peşimandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 xidməti fəaliyyəti zamanı Şəxs özünü təqdim etməmiş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs qadağan olunmuş yerdə tütün məmulatından istifadə etdiyi üçün özünü ona təqdim edərək, özünü təqdim etməsini xahiş etmişdir. Şəxs özünü ona təqdim etməkdən imtina etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq imtina etmiş, onun yanında olan X3 onun hərəkətlərinə haqq qazandırmışdır. Özlərini təqdim etməkdən imtina etdikləri üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2ci Polis Şöbəsindən kömək istəmiş, onları Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. - İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “İnzibati qaydada tutma haqqında” 09 iyul 2025-ci il tarixli AZ 015340 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəxs qadağan olunmuş yerdə tütün məmulatından istifadə etdiyi üçün ona yaxınlaşan polis əməlkdaşına özünü təqdim etməkdən imtina etmiş, bu hərəkətlərini davamlı olaraq təkrar etmiş, bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1872/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1872/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver