Məhkəmə qərarları › İş №3(003)-1873/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1873/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1873/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lerik rayonu, Murya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin daxil olmuş 10 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 24 aprel 2025-ci il tarixdə Xəzər rayon Buzovna qəsəbəsi ərazisindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs idarə etdiyi “Zil MMZ-554” Yük markalı 90-ZT- 373 dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü X1 idarə etdiyi “Mersedes” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis leytenantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14:30 radələrində Zil MMZ-554” Yük markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilini sürücülük hüququ olmadan idarə etmiş Şəxs idarə etdiyi avtomobil ilə Məştağa qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətdə gedən yolun sağ kənarından 1 metr məsəfədə hərəkət başlayaraq, çəpinə qarşı sol tərəfə saatda 15-20 km sürətlə təxminən 3-3.5 metr məsafədə qət edərək manevr edib, Buzovna qəsəbəsi istiqamətdə gedən iki istiqamətli, istiqamətləri iki xətt ayıran, hər istiqamətdə iki zolaq olan yola daxil olmuşdur və bu vaxt eyni istiqamətdə, yəni Buzovna qəsəbəsi istiqamətdə gedən iki zolaqlı yolun sağdan birinci zolağı ilə saatda 50-55 km sürətlə hərəkət edən sürücü X1 idarə etdiyi “Mersedes” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Bununla da, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 24 aprel 2025-ci il tarixdə saat təxminən 14:30 radələrində idarə etdiyi Mersedes markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu Maştağa qəsəbəsi istiqamətində Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətində gedən yolun sağdan birinci zolağı istiqamətli yoldan saat 50-55 km sürətlə hərəkət edən zaman Zil markalı avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi Mersedes markalı avtomobilin sağ qabaq qanadına çırpıldı. Zərbənin təsirindən ona məxsus avtomobil sol tərəfə sürüşərək yolun əks istiqamət zolağına keçib dayandı. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır.. Məhkəmə, İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 aprel 2025-ci il tarixdə Xəzər rayon Buzovna qəsəbəsi ərazisindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Şəxs idarə etdiyi “Zil MMZ-554” Yük markalı 90-ZT- 373 dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü X1 idarə etdiyi “Mersedes” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun səmimi peşman olmasını onun yüngülləşdirici hal kimi nəzərə alınır. Odur ki, məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, hazırda yetkinlik yaşına çatmadığını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 332.4 maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar