Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1877/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirni bağları, YYM ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətindən hərəkət edib Türkan qəsəbəsi- Mərkəz -Pirallahı rayon istiqamətində gedən yoldan baş yola girəcəkdə olan 2.4 yol nişanının tələbinə məhəl verməyib, idarə etdiyi avtomobillə köməkçi yoldan baş yola daxil olan zaman baş yolda hərəkət edən avtomobillərdən baş yolun tam boşaltmasını gözləməyib baş yola daxil olub hərəkətini düzünə davam etdirən zaman baş yolda Pirallahı rayon istiqamətindən hərəkət edən “Honda” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi Şəxs idarə etdiyi avtomobilin sol yan tərəfinə çırpılmış və “Honda” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli (yüngül) bədən xəsarətləri almışdırlar. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı Ramil Əsgərov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 iyul 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14.00 radələrində idarə etdiyi “Toyota Prius” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiamətində hərəkət edərək Türkan qəsəbəsi-Mərkəz-Pirallahı istiqamətində gedən yolun üzərindən keçən dairəvi yol ayrıcına yaxınlaşmış, dairəvi yol ayrıcına daxil olan zaman köməkçi yoldan baş yola girəcəkdə olan “2.4” yol nişanının tələbinə fikir verməmiş və idarə etdiyi avtomobillə köməkçi yoldan baş yola daxil olan zaman baş yolda hərəkət edən avtomobilləri gözləməyib baş yola daxil olub hərəkətini düzünə davam etdirən zaman baş yolda Pirallahı rayon istiqamətindən hərəkət edən “Honda” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun idarə etdiyi avtomobilin sol yan tərəfinə çırpılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, o, hadisə baş verən günü baş yolda hərəkət edərkən Şəxs köməkçi yoldan baş yolda hərəkət edən avtomobilləri gözləmədən baş yola daxil olaraq hadisəni törətmişdir. Hadisə baş verən zaman avtomobildə sərnişin kimi ailə üzvləri əyləşmişlər və nəticədə onlar müxtəlif bədən xəsarətləri almışdılar. Hadisə nəticəsində ona 16000 zərər dəymiş, sığorta tərəfindən ona yalnız 5000 manat ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 10 iyun 2025-ci il tarixli 526 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsaətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 10 iyun 2025-ci il tarixli 537 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsaətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 10 iyun 2025-ci il tarixli 538 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsaətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 10 iyun 2025-ci il tarixli 536 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsaətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 10 iyun 2025-ci il tarixli 539 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsaətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikrini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-1877/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1877/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver