Məhkəmə qərarları › İş №3(003)-1883/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1883/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1883/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəti Xəzər rayon Polis İdarəsinin 01-ci Polis Bölməsinin sahə rəisi X5, şikayət vermiş şəxs X3, X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarından şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru Nümayəndə 20 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X3 və qeyrilərinin AR İXM-nin 157-ci maddəsilə məsuliyyətə cəlb olunması barədə qəbul edilmiş, qərar icra olunması üçün şöbənin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Tələb etməsinə baxmayaraq sənəd ona təqdim edilməmişdir. Qeyd etmişdir ki, o, heç bir cinayət hadisəsi və ya inzibati xəta törətməmişdir, onun şikayəti əsasında Xəzər Rayon Məhkəməsinin No 6(003)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru Nümayəndə " cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, toplanmış material üzrə araşdırılmanın davam etdirilməsi qərara alınmışdır.Araşdırma aparılmamışdır, lakin Bakı şəhəri Xəzər rayonu icra şöbəsinin bildirişinə əsasən ondan 500 (beş yüz) manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Lakin, qərar ona təqdim edilməmiş və icradan tələb etməsinə baxmayaraq həmin qərar ona verilməmişdir. İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi haqqında MN ******* saylı qərardad tərtib olunsa da, iş məhkəməyə göndərilməmiş və olmayan qərar əsasında o,əsassız və qanunsuz olaraq 500 manat cərimə olunmuşdur.Onun barəsində tərtib olunmuş protokolla razılaşmamışdır. Göründüyü kimi onun barəsində tətbiq edilmiş inzibati xəta haqqında qərar tamamilə əsassızdır. Yuxarıda göstərilənlərə və İXM-nin müvafiq maddələrinə əsasən məhkəmədən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəti Xəzər rayon Polis İdarəsinin 01-ci Polis Bölməsinin sahə rəisi X8 izahatında bildirdi ki, MN ******* saylı 17 iyul 2024-cü il tarixli inzibati xəta haqqında qərarı tam əsaslıdır. Bu səbəbdən X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nümayəndə bildirmişdir ki, tərəfindən hərtərfli araşdırılma aparılmış, müyyən edilmişdir ki, tərəflərin əməlində cinayət tərkibi yoxdur. Bu səbəbdən tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul etdiyi qərar tam əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon Polis X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında 17 iyul 2024-cü il tarixli protokol və onun əsasında qəbul edilmiş 17 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nümayəndə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 və X3 izahatları alınmış və onların Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması eləcə də X6 və X3 arasında mütəmadi olaraq mübahisələr baş verməsini nəzərə alaraq və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədi ilə münaqişəli tərəflər kimi qeydiyyata götürülməsi üçün aidiyyatı üzrə şöbəyə göndərilmiş və cinayətin törədilməsini təsdiq edən kifayət qədər dəlillərin olmaması səbəbilə cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarına əsasən X4 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə baş vermiş nəticədə xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan X9 DİN 102 xidmətinə müraciət edərək, əmisi və ailəsinin münaqişə etdiyini, evi dağıtdığını, anasına əl-qol atmaları barədə məlumat vermişdir. Hər iki tərəflə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunmuş və 600 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, hər iki tərəfin sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarətləri aşkar edilmişdir. Nəticədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nümayəndə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək X6 və X3 izahatları alınmış və onların Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyatı üzrə şöbəyə göndərilmiş və nəticədə hər iki tərəf Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Mənzərə Bağırova tərəfindən şikayət edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 6(003)-32/2024 saylı qərarı ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nümayəndə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, toplanmış material üzrə araşdırma davam etdirilməsi üçün yenidən göndərilmişdir. Daha sonra yenidən araşdırılma aparılaraq yenidən 19 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nümayəndə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək X10 və X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, eləcədə X10 və X3 arasında mütəmadi olaraq mübahisələr baş verməsini nəzərə alaraq və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısı alınması məqsədi ilə münaqişəli tərəflər kimi qeydiyyata götürülərək profilaktik tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Nəticədə hər iki tərəf Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarından şikayət etmişdir. Məhkəmə həmin qərarı nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, şəxs barəsində tətbiq edilən 500 manat cərimə cəzası azaldılaraq 300 manata dəyişdirilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, şəxsin barəsində cərimə tənbeh tədbiri ilk dəfədir tətbiq edilir, bu səbəbdən həmin maddə üzrə cərimə cəzası aşağı həddə yəni 300 manat məbləğinədək azaldılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbirinə dair qərar dəyişdirilməli və ona İnzibati Xətalar Məcəlləsinin 157-ci sanksiyasının aşağı həddində yəni 300 (üç yüz) manat cərimə növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin rəisi X11 tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında MN ******* saylı 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar