Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1886/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən 19 yanvar 2024-cü il tarixdə TK 338 saylı İstanbul – Bakı aviareysi ilə gələn Şəxs X4 X8 1 gəliş zalında yaşıl kanal vasitəsi ilə hava limanını tərk edərkən saxlanılmış və onun çantalarına ətraflı baxış zamanı Şəxs məxsus qara rəngli qırmızı rəngli cizgiləri olan, əl çantasından üzərində “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd W94TNYF3Q7 seriya nörəli planşet, üzərində “18 GB unified memory 512 GB SSD 14 inch MacBook Pro wish Apple M3 Pro chip” sözləri yazılmış 1 ədəd WVWDH3CK seriya nörəli noutbuk, üzərində “djı MAVİC 3PRO” sözləri yazılmış 1 ədəd kameralı pilotsuz uçan aparat, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “VOZOL STAR 12000” sözləri yazılmış 1 ədəd qutuda 10 ədəd elektron qəlyan, üzərində “TRİPLİXAM 10 mg/2.5 mg/10 mg” sözləri yazılmış 3 ədəd qutunun hər birində 30 ədəd həb olmaqla, ümumilikdə 90 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/5 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “Contour plus” sözləri yazılmış 6 ədəd qutudanun hər birinin içərisində 1 ədəd üzərində “Contour plus” sözləri yazılmış plasmas qutunun içərisində 50 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş test Stribi olmaqla, ümumilikdə 300 ədəd test Stribi, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 2 ədəd hər birinin içərisində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabın hər birində 30 ədəd həb olmaqla ümumilikdə 60 ədəd həb, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 3 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 24 ədəd həb, üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 6 ədəd kanvalyutun hər birində 10 ədəd həb olmaqla, ümumilikdə 60 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 4 ədəd qutunun hər birində 10 ədəd olmaqla, ümumilikdə 40 ədəd elektron qəlyan üçün müçtüyü, qara rəngli çantanın içərisindən üzərində “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd JJ34FV65PF seriya nörəli planşet, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “VOZOL STAR 12000” sözləri yazılmış 1 ədəd qutuda 10 ədəd elektron qəlyan, üzərində “Contour plus” sözləri yazılmış 6 ədəd qutudanun hər birinin içərisində 1 ədəd üzərində “Contour” sözləri yazılmış plasmas qutunun içərisində 50 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş test Stribi olmaqla, ümumilikdə 300 ədəd test Stribi, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 3 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 24 ədəd həb, üzərində “TRİPLİXAM 10 mg/2.5 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutunun 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/5 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 8 ədəd kanvalyutun hər birində 7 ədəd həb olmaqla, ümumilikdə 56 ədəd həb, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 1 ədəd ədəd qutunun içərisində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabda 30 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 3 ədəd qutunun ikisində birində 10 ədəd, birində isə 5 ədəd olmaqla, ümumilikdə 25 ədəd elektron qəlyan üçün müçtüyü, üzərində “SPİRULLNA” sözü yazılmış 2 ədəd qutunun hər birinin içərisində üzərində “SPİRULLNA” sözü yazılmış plasmas qabın hərbirində 60 ədəd həb olmaqla, ümumilikdə 120 ədəd həb, üzərində “Relax 40 mg” sözü yazılmış 1 ədəd qutunun ikisində bir ədəd konvolyutda 3 ədəd həb, yaşıl rəngli çantanın içərisdində üzərində “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd CHXTGRH29F seriya nörəli planşet, üzərində “64 GB İpad Air (5th Generation) Wifi” sözləri yazılmış 1 ədəd LM4HDYP7VN seriya nörəli planşet, 9 ədəd üzərində “SMOK” sözü yazılmış qutu, üzərində “SONY” sözü yazılmış 2 ədəd oyun pultu, 2 ədəd cərəyan şunuru, 4 ədəd USB, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 3 ədəd ədəd qutunun içərisində hər birində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabda 30 ədəd həb olmaqala, ümumilikdə 90 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 4 ədəd qutunun ikisində birində 10 ədəd olmaqla, ayrılıqda 5 ədəd olmaqla, ümumilikdə 45 ədəd elektron qəlyan üçün müçtüyü, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “SPİRULLNA” sözü yazılmış 3 ədəd qutunun hər birinin içərisində üzərində “SPİRULLNA” sözü yazılmış plasmas qabın hərbirində 60 ədəd həb olmaqla, ümumilikdə 180 ədəd həb, üzərində “ZEN” sözləri yazılmış 2 ədəd 100 mg-lıq ətir, üzərində “XERJOFF” sözləri yazılmış 1 ədəd 100 mg-lıq ətir, üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 6 ədəd kanvalyutun hər birində 10 ədəd həb olmaqla, ümumilikdə 60 ədəd həb, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 2 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 16 ədəd həb, üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 8 ədəd kanvalyutun hər birində 7 ədəd həb olmaqla, ümumilikdə 56 ədəd həb olduğu müəyyən edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 3-33-3100/013/001631 nömrəli, 19 yanvar 2024-cü il tarixli raportun icrası həmin tarixdə təhqiqat şöbəsinin təhqiqatçısı X2 tapşırılmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanan 3-33-3100/2-000310/2024 nömrəli məktubla ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli 3-16- 16/2-6/672 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş adları 1 saylı cədvəldə qeyd edilən obyektlərdən “SPİRULİNA” və “GARCİNİA BURNER 15 d” adlı preparatların tərkibində güclü təsir edən maddə-sibutramin komponenti müəyyən edilmişdir. Digər obyektlərin tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr müəyyən edilməmişdir. “Subitramin” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Laboratoriyada standart (referans) “subitramin” nümunəsi olmadığından qeyd edilən preparatların tərkibində onun təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan preparatların yararlılıq müddətləri bitməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli 5/108-9/745-5/118 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş adları 1 saylı cədvəldə qeyd edilən malların 19 yanvar 2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13429,40 manat müəyyən olunmuşdur. 18 iyul 2024-cü il tarixdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş, 12 avqust 2024-cü il tarixdə əməldə cinayət tərkibi olmadığından faktla bağlı cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və zəruri sənədlərin surəti çıxarılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinin təmin edilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə göndərilmişdir. Qeyd olunan faktla bağlı 14 avqust 2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində Şəxs barəsində İXM-nın 482.1-ci maddəsi ilə 00800-00649/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 06 sentyabr 2024-cü il tarixdə 00800-00649/24 saylı inzibati xəta haqqında iş üzrə icraat üzrə inzibati araşdırma aparılmasının davam etdirilməsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 həvalə edilmişdir. Şəxs barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən 12 sentyabr 2024-cü il tarixli, 00800-00649/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd ediməsi barədə qərardan görünür ki, 3-33/1-030718/2024 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 200-1.1, 206.1, 206.2, 206.3.2, 240.1 və s. maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və aidiyyəti şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallardan zəruri sənədlərin surətləri Əməliyyat və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, inzibati xətanın bilavasitə obyekti olan mallardan imtina etmişdir və barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən ümumi dəyəri 13429,40 manat olan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçən zaman əvvəlcədən gömrük nəzarətinə təqdim edilmədiyi, elektron və ya yazılı formada bəyan edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati icraat aparılan şəxsin xahişini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd W94TNYF3Q7 seriya nörəli planşet, üzərində “18 GB unified memory 512 GB SSD 14 inch MacBook Pro wish Apple M3 Pro chip” sözləri yazılmış 1 ədəd WVWDH3CK seriya nörəli noutbuk, üzərində “djı MAVİC 3PRO” sözləri yazılmış 1 ədəd kameralı pilotsuz uçan aparat, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “VOZOL STAR 12000” sözləri yazılmış 1 ədəd qutuda 10 ədəd elektron qəlyan, üzərində “TRİPLİXAM 10 mg/2.5 mg/10 mg” sözləri yazılmış 3 ədəd qutunun hər birində 30 ədəd həb olmaqla, ümumilikdə 90 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/5 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “Contour plus” sözləri yazılmış 6 ədəd qutudanun hər birinin içərisində 1 ədəd üzərində “Contour plus” sözləri yazılmış plasmas qutunun içərisində 50 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş test Stribi olmaqla, ümumilikdə 300 ədəd test Stribi, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 2 ədəd hər birinin içərisində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabın hər birində 30 ədəd həb olmaqla ümumilikdə 60 ədəd həb, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 3 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 24 ədəd həb, üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 6 ədəd kanvalyutun hər birində 10 ədəd həb olmaqla, ümumilikdə 60 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 4 ədəd qutunun hər birində 10 ədəd olmaqla, ümumilikdə 40 ədəd elektron qəlyan üçün müçtüyü, qara rəngli çantanın içərisindən üzərində “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd JJ34FV65PF seriya nörəli planşet, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “VOZOL STAR 12000” sözləri yazılmış 1 ədəd qutuda 10 ədəd elektron qəlyan, üzərində “Contour plus” sözləri yazılmış 6 ədəd qutudanun hər birinin içərisində 1 ədəd üzərində “Contour” sözləri yazılmış plasmas qutunun içərisində 50 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş test Stribi olmaqla, ümumilikdə 300 ədəd test Stribi, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 3 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 24 ədəd həb, üzərində “TRİPLİXAM 10 mg/2.5 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutunun 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/10 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “TRİPLİXAM 5 mg/1.25 mg/5 mg” sözləri yazılmış 1 ədəd qutuda 30 ədəd həb, üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 8 ədəd kanvalyutun hər birində 7 ədəd həb olmaqla, ümumilikdə 56 ədəd həb, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 1 ədəd ədəd qutunun içərisində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabda 30 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 3 ədəd qutunun ikisində birində 10 ədəd, birində isə 5 ədəd olmaqla, ümumilikdə 25 ədəd elektron qəlyan üçün müçtüyü, üzərində “SPİRULLNA” sözü yazılmış 2 ədəd qutunun hər birinin içərisində üzərində “SPİRULLNA” sözü yazılmış plasmas qabın hərbirində 60 ədəd həb olmaqla, ümumilikdə 120 ədəd həb, üzərində “Relax 40 mg” sözü yazılmış 1 ədəd qutunun ikisində bir ədəd konvolyutda 3 ədəd həb, yaşıl rəngli çantanın içərisdində üzərində “128 GB İpad Pro 11-inch (4th Generation) Wi-fi” sözləri yazılmış 1 ədəd CHXTGRH29F seriya nörəli planşet, üzərində “64 GB İpad Air (5th Generation) Wifi” sözləri yazılmış 1 ədəd LM4HDYP7VN seriya nörəli planşet, 9 ədəd üzərində “SMOK” sözü yazılmış qutu, üzərində “SONY” sözü yazılmış 2 ədəd oyun pultu, 2 ədəd cərəyan şunuru, 4 ədəd USB, üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış 3 ədəd ədəd qutunun içərisində hər birində 1 ədəd üzərində “GARCİNİA BURNER 15 d” sözləri yazılmış plasmas qabda 30 ədəd həb olmaqala, ümumilikdə 90 ədəd həb, üzərində “SMOK” sözü yazılmış 4 ədəd qutunun ikisində birində 10 ədəd olmaqla, ayrılıqda 5 ədəd olmaqla, ümumilikdə 45 ədəd elektron qəlyan üçün müçtüyü, üzərində “DOXO” sözləri yazılmış 1 ədəd SONY markalı oyun konsulu, üzərində “SPİRULLNA” sözü yazılmış 3 ədəd qutunun hər birinin içərisində üzərində “SPİRULLNA” sözü yazılmış plasmas qabın hərbirində 60 ədəd həb olmaqla, ümumilikdə 180 ədəd həb, üzərində “ZEN” sözləri yazılmış 2 ədəd 100 mg-lıq ətir, üzərində “XERJOFF” sözləri yazılmış 1 ədəd 100 mg-lıq ətir, üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “X9 50 mg/1000 mg” sözləri yazılmış 6 ədəd kanvalyutun hər birində 10 ədəd həb olmaqla, ümumilikdə 60 ədəd həb, üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “PROZAC 20 mg kapsül flouksetin” sözləri yazılmış 2 ədəd kanvalyutun hər birində 8 ədəd həb olmaqla, ümumilikdə 16 ədəd həb, üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 1 ədəd qutunun içərisində üzərində “Janumet 50/1000 mg” sözləri yazılmış 8 ədəd kanvalyutun hər birində 7 ədəd həb olmaqla, ümumilikdə 56 ədəd həb müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1886/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1886/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver