Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1895/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx.xx.1993-cü il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu M.Əzizbəyov küçəsi ev 76-da qeydiyyatda olan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən 11 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmənin 11 avqust 2023-cü il tarixli baxış iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş aidiyyət qaydalarına riayət edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarında olan 11 may 2023-cü il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, inzibati xəta Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 80 GPS 40 3863728, 49 9551674-də törədilmişdir. Göründüyü kimi, hazırkı inzibati xəta haqqında iş inzibati xətanın törədildiyi yerin məhkəməsinə verilməmişdir. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında iş inzibati xətanın törədildiyi yerin məhkəməsinə verilmədiyindən, aidiyyət qaydalarının pozuntusunun aradan qaldlırılması məqsədilə həmin iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 3(003)-1895/2023 saylı iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1895/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1895/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver