Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1896/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Lerik rayonunun Andurma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, mağazada köməkçi fəhlə kimi işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Sabunçu İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməmişdir. Şəxs izahatı alınmış, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədində qeyd edilmiş tikilinin ona məxsus olmadığını bəhanə edərək icra sənədini icra etməyəcəyini bildirmişdir. xx.xx.2025-ci ildə məcburi icra tədbiri görmək istəmiş, lakin Şəxs qərəzli olaraq Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında onun tərəfindən inşa olunmuş tikintidə, yəni marketdə müxətlif ərzaqlar yerləşdirmiş, buna görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası mümkün olmamışdır. Bununla bağlı xx.xx.2025-ci ildə akt tərtib edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında inşa olunmuş tikintinin (marketin) ona məxus olmadığını bildirərək icra sənədini icra etməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməlidir. Lakin həmin tikili ona məxsus olmadığından və o həmin mağazanı icarəyə götürərək işlətdiyi üçün, onun icra sənədini icra etmək imanı yoxdur və icra etməyəcəkdir. Mağazanın sahibi X3r və onun məhkəmə iclasında dindirilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatəti əsasında şahid qismində izahat vermiş X4 bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında inşa olunmuş tikinti (market) ona məxsusdur. Şəxs həmin tikilini icarə əsasında işlədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi qeyri müəyyən olduğundan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin izah edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən izah verilməsindən imtina edilmişdir. Həmin qərardaddan şikayət veriləcəkdir. Təsdiq edir ki, Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında inşa olunmuş tikinti (market) ona məxsusdur və həmin tikiliyə dair onun hüquqmüəyyənedici sənədi yoxdur. Onu da bildirir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər, lakin apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələb - Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi Şəxs tərəfindən təmin edilməmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin, Şəxs öz vəsaiti hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməlidir. -Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməli olduğundan icra sənədi üzrə icraata başlanılmışdır. -Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra sənədinin əazi aidyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1884/2022-11 saylı icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1884/2022-11 saylı icra sənədinin icra edilməli olması barədə Şəxs xəbərdarlıq edilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs şöbəyə çağırılsa da izahat verməkdən qərar və bildirişi, xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. -Şəxs Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə verdiyi izahatından görünür ki, o izahatında Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Şəxs tərəfindən inşa olunmuş tikilini (marketi) icarə əsasında işlətdiyini, marketdə olan əmlakların Zaman Səmədova məxsus olduğunu bildirmişdir. - Elektron məhkəmə informasiya sistemində Şəxs məlumatlarından görünür ki, Şəxs mağazada köməkçi fəhlə işləyir və 350 manat əmək haqqı alır (VÖEN **********). İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Şəxs təqdim edilmiş, lakin borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. Şəxs Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110-kv.luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında inşa olunmuş tikintinin (marketin) ona məxsus olmamasını bildirməsi və bu əsasla icra sənədini icra etməkdən yayınması, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilməlidir. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən narazılığı olmuşdur. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Şəxs icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1896/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1896/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver