Məhkəmə qərarları › İş №3(003)-19/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-19/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-19/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 xx xxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair A.C.Rzaquliyev tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 xx xxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayəti müdafiə edərək göstərmişdir ki, o, Vergilər Nazirliyinin müvafiq təşkilatı tərəfindən vergi ödəyicisi olaraq fiziki şəxsi kimi qeydiyyatdan keçmişdir. İşlətdiyi «Mirvari» ailəvi istirahət mərkəzi dəniz çimərliyinin yaxınlığında yerləşdiyi üçün yalnız çiməlik mövsümündə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 tərəfindən xx xxxx 2019-cu il tarixində qəbul edilmiş qərarla razı deyildir. Belə ki, qərarda qeyd edilən xx xxxx 2019-cu il tarixində 11 saylı Regional Ekologiya və X6 tərəfindən tərtib edilən protokolu o, nə görməmiş, nə də ki, ona bildiriş göndərilməmişdir. Həmçinin qərarda 11 saylı Regional Ekologiya və X6 aparılmış monitorinqin nəticəsinə görə guya işlətdiyi ailəvi istirahət mərkəzindən dənizə çirkab suların axıdılması qeyd edilmiş və İXM-nin 264.0.1-ci maddəsi ilə vəzifəli şəxs üçün 3000 manat cərimə nəzərdə tutulmuşdur. Həmin qərar əsassız və qərəzli şəkildə qəbul edilmişdir. Çünki, qərarda qeyd edilən çirkab suların dənizə axıdılması işlətdiyi obyektdə yoxdur və ola da, bilməz. İşlətdiyi “Mirvari ailəvi istirahət mərkəzi”ndə çirkab suların yığılması üçün betondan (tikinti materialından) yeraltı anbar (şambo) mövcuddur (dənizdən 80 metr aralda) və çirkab-suyun anbara (şamboya) yığıldıqda bağladığı müqavilə əsasında müvafiq nəqliyyat vasitəsi ilə çəkilərək aparılır. 11 saylı Regional Ekologiya və X6 tərəfindən cərimə olunduğunu Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixində dəvət olunduğu zaman məlumatı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 MN seriyalı ******* nömrəli, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(003)-19/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 MN seriyalı ******* nömrəli, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(103)-840/2020 saylı qərarından görünür ki, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(003)-19/2020 saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin eilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay kecənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri ücün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorculuğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 ******* nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə səbəb xx xxxx 2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbəsində aparılan monitorinqin nəticəsinə görə ona məxsus «Mirvari» ailəvi istirahət mərkəzində yaranan tullantı suların təmizliyi qurğusu olmadan Xəzər dənizinə sızdığı və şambodan daşımanın düzgün aparılmadığının müəyyən olunması olmuşdur. Şikayətçi məhkəmə iclasında qeyd etmişdir ki, 11 saylı Regional Ekologiya və X6 tərəfindən cərimə olunması barədə Xəzər rayon İcra və Probasiya Şöbəsinə xx xxxxxx 2019-cu il tarixində dəvət olunduğu zaman məlumatı olmuşdur. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə o, həmin qərardan məhkəməyə şikayət vermişdir. Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(003)-19/2020 saylı qərarı ilə şikayət təmin edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 ******* nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işə xitam verilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(103)-840/2020 saylı qərarı ilə Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(003)-19/2020 saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin eilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İş materillarından və məhkəmə iclasında verilmiş izahatlardan məlum olur ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxx 2019-cu il tarixdə qəbul edilsə də, şikayətçi həmin qərar barədə yalnız xx xxxxxx 2019-cu il tarixində məlumatı olmuşdur. Daha sonra A.Rzaquliyev həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və şikayətçiyə inzibati tənbeh verilməsi barədə qərar Xəzər rayon Məhkəməsinin müvafiq qərarı ilə ləğv edilərək inzibati xəta haqqında işə xitam verilmişdir. Həmin qərardan inzibati tənbeh verən orqan tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir.Mövcud qanunvericiliyə əsasən ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar