Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-19/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin 14 dekabr 2024cü il tarixli, 00800/01054 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 məhkəməyə müraciət edərək, barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı gömrük xidmət polkovnk-leytenantı X3 tərəfindən qəbul edilmiş EP No ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xətaya dair Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 1880 manat məbləğində cərimə edilməyinə görə EP No ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında inzibati xətaya dair Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsndə təqsirli bilinmişdir. Həmin maddədə göstərilmişdir ki, Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Ona gətirilən malların ümumi dəyəri 2350 manat təşkil etmişdir. Lakin inzibati tənbeh tətbiq edən orqan tərəfindən ona əsassız olaraq, İXM-nin 504-cü maddəsinin yuxarı həddində cərimə tətbiq etmişdir. İnzibati xətayla bağlı əməllərində ağırlaşdırcı hallar müəyyən edilməmişdir. Barəsində tətbiq edilən inzibati tənbeh tədbirinin məbləğini ədalətsiz hesab edir. Ümumiyyətlə o, inzibati xəta törətməmiş, özünü də təqsirli bilmir. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta hadisəsi baş vermədiyindən barəsində tərtib edilən Qərar ləğv edilməli, işin icraatına isə xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ilk dəfə inzibati məsuliyyəytə cəlb edilir. Ona yazılmış cərimə məbləği çoxdur. Cərimənin o həddə tətbiq edilməsi ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin 14 dekabr 2024-cü il tarixli, 00800/01054 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1880 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Moskva-Bakı aviareysi ilə gömrük qaydaları pozulmaqla gətirilən ümumi dəyəri 2350 manat təşkil edən 2 (iki) blok “Chapman superslim ice berry” markalı siqaret, 1 (bir) ədəd “İphone 13 starlight 128GB” və 1 ədəd “İphone 13 blue 128GB” markalı mobil telefonu bilə-bilə qəbul etməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin səksən faizi- yəni 1880 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, onun inzibati xəta hadisəsinə aidiyyatı olmadığını, qəbul edilmiş qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasını bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, gömrük qaydaları pozulmaqla ölkəyə gətirilmiş malları bilən şəxsin onu qəbul etməməli olduğu halda, X4 tərəfindən qeyd olunan tələbə riayət olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, X2 maddi vəziyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikasının İXM-nin 504-cü maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh yüngülləşdirilməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin 14 dekabr 2024-cü il tarixli, 00800/01054 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və ona təyin edilmiş cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 00800/01054 saylı inzibati tənbeh vermə barədə qərar dəyişdirilsin. X4 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinərək ona inzibati xətanın bilavasitə obyekti olan malların qırx faizi miqdarında, yəni 940 (doqquz yüz qırx) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-19/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-19/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver