Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-190/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, Zərərçəkmiş şəxslər X6 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə ünvan 1ində doğulmuş, subay, Lerik rayonu, Şinəbənd kəndi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN 1947915, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X9 bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş 102 xidmətinə zəng vuraraq ona məxsus “Toyota Prius” markalı avtomobilin sürücü hissəsində şüşəni sındırmaqla avtomobilə daxil olunmuş və oradan “Redmi” markalı telefon və 30 manat pul oğurlandığını bildirmişdir. Bu hadisə ilə bağlı araşdırma aparılan zaman əl izləri götürülmüş və əl izlərinin yoxlanılması barədə ekspertin rəyindən müəyyən edilmişdir ki, həmin izlər əvvəllər məhkum olunmuş Şəxs məxsusdur. Bu gün isə iki vətəndaş 102 xidmətinə zəng vuraraq onlara məxsus “Hyundai Elantra” və “Hyundai Accent” markalı avtomobildən oğurluq olduğunu bildirmişdir. Həmin vətəndaşın birinin ayıqlığı nəticəsində Şəxs bu gün maddi sübutlarla birlikdə saxlanılmışdır. Maddi sübutlar vətəndaşa qaytarılmışdır. Daha sonra əməlində cinayət tərkibi olmadığından barəsində protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, 1-ci epizodla bağlı oğurladığı telefon satdığını bildirmiş, digər epizodlar oğurladığı əşyalar vətəndaşlara qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətaları törətməsini etiraf etməyərək izahatında bildirmişdir ki, o, oğurluq etməmişdir. Sadəcə içkili olmuş avtomobilin içərisində yatmış, bunu görən avtomobilin sahibi barəsində şikayət etmişdir. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxs X5 onun üzərindən çıxardığı 35 manat ona məxsus pul olmuşdur. Avtomobilin içərisində 35 manat pul olmuş, lakin həmin pula toxunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 bildirmişdir ki, ona məxsus “Hyudai Elantra” məxsus avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Bu gün səhər saat 08:00-da çölə çıxaraq avtomobili işə salmaq istəyəndə avtomobilin qabaq ön şüşəsinin deşildiyini, qapısını açmaq üçün hissələrinin zədələndiyini görmüşdür. Bu barədə 102 ximdətinə zəng vuraraq bildirmişdir. Daha sonra bir gün əvvəl aldığı və avtomobilin baqaj hissəsinə qoyduğu tozsoranı götürmək istəyəndə yerində olmadığını, həmçinin avtomobilin içərisində saxladığı videoreqistratorun olmadığını müəyyən etmişdir. Polis şöbəsində olan zaman həmçinin tozsoranın da oğurlandığını bildirəndə ona tozsoranın polis şöbəsində olduğunu bildirmişlər. Oğurlanmış əşyların dəyəri ümumilikdə 80 manat edir. Oğurluq hadisəsi nəticəsində onun avtomobilinə, şüşəsinin deşilməsinə, güzgüsünün zədələnməsinə və s. hallara görə 400 manat zərər vurulmuşdur. Hazırda şikayətçidir və Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 bildirmişdir ki, bü gün səhər saat 07:00 radələrində avtomobilinə yaxınlaşdıqda, avtomobilin içərisində bir şəxsin olduğunu görmüşdür. Həmin şəxsdən onun avtomobilinin içərisində nə etdiyini soruşduqda ona müqavimət göstərməyə başlamışdır. Bu səbəbdən həmin şəxsi yerə yıxaraq onun avtomobilindən nəsə oğurlamasını müəyyən etmək üçün üzərini yoxlamağa başlamışdır. Bu zaman şəxsin üzərində bir ədəd bıçaq çıxmış, daha sonra digər cibindən başqa bir bıçaq, qatlanan kəlbətin çıxmışdır. Anası, qonşular bu halın şahidi olmuşdur. Daha 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Onun avtomobilində 35 manat pul və qəpiklərdən ibarət 18 manatadək pul olmuşdur. Həmin pulları Şəxs oğurlamışdır. Həmin pulları onun cibindən aşkar edib götürmüşdür. Hazırda Şəxs şikayətçidir və barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı, proses iştirakçılarının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X1 əmlakını oğurlayan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi barədə qərar qəbul edilmişdir. -Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü bu qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi barədə qərar qəbul edilmişdir. -Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü bu qərarın surətinin aidiyyəti əməkdaşa verilməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə Bin qəsəbəsi, Südçülük sovxozunda X7 məxsus “Hyundai Accent” markalı maşınının qapısını sındırmaqla içərisindən 35 manat pul oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə Binə qəsəbəsi, Südçülük sovxozunda X10 məxsus “Hyundai Elentra” markalı maşınından bir ədəd tozsoran, bir ədəd videoreqistrator, 2 ədəd yaddaş kartı və 3 manat pulu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə Bin qəsəbəsi, Südçülük sovxozunda X3 məxsus “Toyota Prius” markalı maşınından bir ədəd “Redmi” markalı telefonu, bir ədəd adaptorı və 30 manat pulu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibət bildirərək hesab edir ki, həmin protokolar üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokollara əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında iştirak edən şəxslərin vermiş olduğu izahatlarından müəyyən edilir ki, Şəxs, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində X3 məxsus avtomobildən “Redmi” markalı telefon, adaptor və 30 manat məbləğində pulu, X7 məxsus avtomobildən 35 manat məbləğində pulu və X10 məxsus avtomobildən 1 ədəd tozsoran, 1 ədəd videoreqistrator, 2 ədəd yaddaş kartı, 3 manat məbləğində pulu oğurlamışdır. Bu hallar, iş materialları və zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakretizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 X2 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-190/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-190/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver