Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1909/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon DYPİ tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. İXM-nin 332.4-cü maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə məsuliyyət İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yaranır. Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol işin materiallarına əlavə olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən kimə və hansı məbləğdə ziyanın vurulduğu, eləcə də hadisə nəticəsində kənar şəxsin (şəxslərin) sağlamlığına xəsarətin yetirilməsi müəyyən edilməmiş, qeyd edilənlərə dair hər hansı bir təsdiqedici sənəd materiala əlavə olunmamışdır. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş hallar barədə zəruri sənədlər nə protokola əlavə edilmədiyindən, nə də məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır. İXM-nin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir (İXM-nin 100.3-cü maddəsi). Hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir (İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələri). İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir (İXM-nin 109.1.6-cı maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İXM-nin tələblərinə ciddi riayət etməlidir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Xəzər Rayon DYPİ-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, Qəraraaldı: Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Xəzər Rayon DYPİ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X2
Məhkəmə qərarları › İş №3(003)-1909/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1909/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver