Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-191/2023 05.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup müharibə əlili, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Fırtına” düşərgəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 332.4-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində “Hyundai Getz” markalı, “**-HS-***” qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi “stansiya” adlanan ərazi ilə hərəkət edib “Bravo” marketə çatmamış sola doğru manevr edib baş yolun boş olmasına əmin olaraq düzünə satda təxminən 20 km/saat sürətlə hərəkətii davam edərək Abşeron sanatoriyasının əsas girişinə doğru getmək istəyərkən artıq yolu keçib qutararkən Şüvəlan qəsəbəsi istiqamətindən gələn velisopedçini vurmuş, nəticədə zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X3 tərəfindən 05 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X3 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Hyundai Getz” markalı, “**- HS-***” qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi “stansiya” adlanan ərazi ilə hərəkət edib “Bravo” marketə çatmamış sola doğru manevr edib baş yolun boş olmasına əmin olaraq düzünə saatda təxminən 20 km/saat sürətlə hərəkətini davam edərək “Abşeron” sanatoriyasının əsas girişinə doğru getmək istəyərkən artıq yolu keçib qutararkən Şüvəlan qəsəbəsi istiqamətindən gələn velisopedçi onun idarə etdiyi avtomobilə dəymiş, sonra isə bir qədər irəlidə yıxılmışdır. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materillarında olan 1/6856 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluğ vəziyyəti “ayıq” olmuşdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 14 dekabr 2022-ci il tarixli, 1655 saylı rəyində görünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının, sol yanağın, burunun, sol əlin, sol biləyin, sol baldırın sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X7” X8 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə toplanmış material Xəzər DYPŞ-nin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup müharibə əlili, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Fırtına” düşərgəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-191/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-191/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver