Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1911/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 Baş İdarəsinin Aerodrom Təminatı İdarəsində müəssisəsinin işçisi Məmməd-zadə Gülbala Ənvər oğlunun xx.xx.2024-cü il tarixdə saat 12:15 və 13:00 radələrində şəxsi velosipedi ilə yıxılaraq sağlamlığına “AZ AĞİR” zərər vurulmasına dair bədən xəsarətləri almışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 Baş İdarəsinin Aerodrom Təminatı İdarəsində təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş İdarənin rəis müavini Şəxs hadisə baş verən zaman növbədə olan işçilərin əmək funksiyalarının vəzifələrinə uyğun olaraq işin düzgün idarə edilməsinə nəzarət etməkdən cavabdeh olan səlahiyyətli şəxs olmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 Baş İdarəsinin Aerodrom Təminatı İdarəsində təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi barədə tabeliklərində olan işçiləri, həmçinin iş qaydası haqqında məlumatlandırmışdır. Həmin hadisə 21 may 2024-cü il tarixdə nahar fasiləsi zamanı olmuş, həmçinin fəhlə vəzifəsində işləyən Məmməd-zadə Gülbala Ənvər oğlu öz şəxsi işi ilə bağlı nahar fasiləsi zamanı getmək istəmiş və həmin an velosipedi ilə yıxılaraq xəsarət almışdır. Nəticədə hadisə nahar fasiləsi zamanı baş verdiyindən o məsuliyyət daşımadığını qeyd edərək məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında izahatı alınan Məmməd-zadə Gülbala Ənvər oğlu bildirmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2012-ci ildən "xxxx" QSC-nin Aerodrom Təminatı İdarəsində fəhlə işləyir. xx.xx.2024-cũ il tarixdə işdə olan zaman saat təxminən 13 radələrində nahar fasiləsində işdən çıxarkən velosipedi ilə qazonluq əraziyə tərəf getmişdir. Həmin vaxt velosipedin idarə etməsini itirmiş və yıxılmışdır. Yıxıldıqdan sonra ayağa qalxmış, daha sonra sol qolunun sındığını hiss etmişdir. Özü tibb məntəqəsinə getmiş, tibb məntəqəsində ona ilkin tibbi yardım göstərmişlər. Bundan sonra təcili tibbi yardım avtomobili ilə "X8" nə aparılmışdr. Həmin xəstəxanada ona sol mil biləyin oynağının çox qəlpəli sınığı diaqnozu qoyulmuş və qoluna sarğı edilmişdir. Daha sonra yaşadığı ünvana getmişdir. Qeyd etmişdir ki, hadisə öz ehtiyatsızlığı ucbatından baş vermişdir. Almış olduğu xəsarətla bağlı heç kəsdən heç bir şikayat və tələbi yoxdur. Verilən suallara cavab olaraq bildimişdir ki, xəsarat alan vaxt o, tək olmuş, yanında heç kəs olmamışdr. Xəsarat aldıqdan sonra tibb məntəqəsinə yaxınlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 14 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 Baş İdarəsinin Aerodrom Təminatı İdarəsinin işçisi Məmmədzadə Gülbala Ənvər oğlunun xx.xx.2024-cü il tarixdə saat 12:15 və 13:00 radələrində şəxsi velosipedi ilə yıxılaraq sağlamlığına “AZ AĞİR” zərər vurulmasına dair bədən xəsarətləri almışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 Baş İdarəsinin Aerodrom Təminatı İdarəsində təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş İdarənin rəis müavini Şəxs hadisə baş verən zaman növbədə olan işçilərin əmək funksiyalarının vəzifələrinə uyğun olaraq işin düzgün idarə edilməsinə nəzarət etməkdən cavabdeh olan səlahiyyətli şəxs olmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir; İstehsalatda bədbəxt hadisə haqqında 02/2024 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:15 və 13:00 radələrində şəxsi velosipedi ilə yıxılaraq bədən xəsarətləri almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Məmməd-zadə Gülbala Ənvər oğlunun xəsarət alması faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” X7 739 nömrəli ekspert rəyindən görünür ki, G.Ə.Məmməd-zadəyə mil biləyin oynağının çox qəlpəli sınığı diaqnozu qoyulmuş və sağlamlığına görə az ağır dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən istirahət və nahar üçün fasilə dedikdə:
1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.
2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir.
5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Həmin Məcəllənin 207-ci Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik : 1. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.
2. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
3. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 238-ci maddəsinə əsasən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyəti dedikdə işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, qanunvericilikdən göründüyü kimi Şəxs işlədiyi müəssisədə yalnız iş vaxtı üçün məsul şəxs hesab edilir. İşin araşdırılmış hallarında isə görünür ki, hadisə nahar fasiləsi zamanı, yəni saat 13 radələrində, yəni Məmməd-zadə Gülbala Ənvər oğlunun işdən asudə vaxtında baş vermişdir. Həmin müddətdə baş vermiş hər-hansı hadisəyə görə isə Şəxs məsuliyyət daşıya bilməzdi. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən olunmur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Ramilə Xəzri