Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1912/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Şəxs MMCnin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xəbərdar olunmalarına baxmayaraq öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə Şəxs MMC-nin maliyyə hesabatlarının auditi "xxxx" MMC tərəfindən aparılmışdır. Bu barədə məlumat Maliyyə Nazirliyinin sistemində də görünür. Ona görədə protokolu əsassız hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş və məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Audit xidməti göstərilməsi barədə” 2303-01 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin, həmin müqaviləyə əsasən aparılmış auditin nəticəsinə dair auditorun iş və yekun sənədlərinin xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktının və GAİhE8MT0F nömrəli müstəqil auditorun hesabatının surətlərindən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında audit xidmətinin göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə Şəxs MMC-nin maliyyə hesabatlarının auditi barədə bağlanmışdır (müqavilənin 1.1-ci bəndi.). “Audit xidməti göstərilməsi barədə” 2303-01 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə Şəxs MMC-nin maliyyə hesabatlarının auditi aparılmış və bu barədə Şəxs MMC-yə müvafiq hesabat təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, həyata keçirilməli olan məcburi auditdən yayınmaq inzibati məsuliyyətə səbəb olur. Hazırki iş üzrə Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmamasına görə protokol tərtib olunsa da müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə Şəxs MMC-nin maliyyə hesabatlarının auditi aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1912/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1912/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver