Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1912/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs (MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 485.2-ci maddəsi ilə 14 iyul 2025-ci il tarixli 00100- 02033/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. 14 iyul 2025-ci il tarixli, 00100-02033/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Babək ev 27c mənzil-ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) ünvanına **-AA-*** nömrəli nəqliyyat vasitəsi ilə gələn yüklərin Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********9438 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qisa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bele ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-1100/012/014793 nömrəli raporta əsasən "xxxx" MMC-nin ünvanına **-AA-*** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 34AA624 nömrəli nəqliyyat vasitələri ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 18:57 radələrində Astara keçid məntəqəsindən keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qisa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şəxs MMC və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X2 araşdırma zamanı verdiyi izahatında cəmiyyətin ünvanına gələn mallara dair qısa idxal bəyənnamələrinin verilməməsinə səbəb sənədlərin onlara gec göndərilməsi olmuşdur. Bu səbəbdən də qısa idxal bəyannamələrini gömrük orqanına təqdim edə bilməyib. Gömrük qaydalarının pozulduğunu etiraf edir. İXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Gömrük Məcəlləsinin 113.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi gaydaları" haqqında Qərarında qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qisa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. O cümlədən yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, məlumatların elektron üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədinin keçənədək təqdim edilir. Beləliklə də, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək mallar gömrük ərazisinə gətirilməmişdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 23 aprel 2025-ci il tarixdə saat 18:57-də **-AA-*** nömrəli nəqliyyat vasitəsi ilə "Astara" Keçid məntəqəsindən keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş "soğan" yükünə dair əvvəlcədən gömrük orqanına elektron formada qisa idxal bəyannaməsi təqdim etməmiş və bununla da, onun əməlində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Tədqiq edilmiş sənədlərlə "xxxx" MMC tərəfindən 23 aprel 2025-ci il tarixdə saat 18:57-də **-AA-*** nömrəli nəqliyyat vasitəsi ilə "Astara" Keçid məntəqəsindən keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş "soğan" yükünə dair əvvəlcədən gömrük orqanına elektron formada qisa idxal bəyannaməsi təqdim edilməməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: "xxxx" MMC İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(003)-1912/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1912/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver