Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1917/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, X2, X3 və Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X4 iştirakları ilə, 02 fevral 1995-ci il təvəllüdlü, Ukrayna Respublikasının vətəndaşı (pasport № EX009228), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X11 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157 və 510-cu maddələri ilə Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdim: 06 dekabr 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 510cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən Şəxs 30 noyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanında valideyni X8 döymüşdür. Bundan başqa Şəxs Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə ictimai qaydanı pozaraq uca səslə nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X12 göstərdi ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanında valideyni X8 döymüşdür. Bundan başqa Bundan başqa Şəxs Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə ictimai qaydanı pozaraq uca səslə nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 06 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 göstərdi ki, Şəxs onun oğulluğudur. 1986-cı il tarixdə vəfat etmiş əri ilə ailə qurmuşlar, lakin övladları olmadığı üçün 1995-ci tarixdə Şəxs oğulluğa götürmüşlər. Vidadi son vaxtlar yaşadıqları evdə heç bir səbəb olmadan münaqişələr yaradır. Sonuncu dəfə 30 noyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olduqları zaman Vidadı heç bir səbəb olmadan onunla münaqişə yaratmışdır. Aralarında yaranan münaqişə zamanı Vidadi sağ əli ilə onun başından, bədəninin sol tərəfindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, evdən çıxıb getmiş və hadisə ilə əlaqədar DİN “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs şikayətçidir, bunun nəzərə alınaraq Vidadi barəsində ağır inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun qardaşıdır. Vidadi Səfərov sərxoş halda Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə ictimai qaydanı pozaraq uca səslə nalayiq küçə söyüşləri söymüş və dəfələrlə anası X9 eləcə də qardaşı Rafail Əlizadəyə hədə qorxu gələrək hədələmişdir. Şəxs bu cür hərəkətlərindən çəkinməyi bildirsə də, Vidadi cavab olaraq “necə istəyirəm, elə də edəcəm” dəyərək hərəkətlərindən əl çəkməmişdir. Bu barədə Xəzər RPİ 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxs şikayətçidir, bunun nəzərə alınaraq Vidadi barəsində ağır inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun qardaşıdır. Vidadi Səfərov sərxoş halda Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə ictimai qaydanı pozaraq uca səslə nalayiq küçə söyüşləri söymüş və dəfələrlə anası X9 eləcə də qardaşı Rafail Əlizadəyə hədə qorxu gələrək hədələmişdir. Şəxs bu cür hərəkətlərindən çəkinməyi bildirsə də, Vidadi cavab olaraq “necə istəyirəm, elə də edəcəm” dəyərək hərəkətlərindən əl çəkməmişdir. Bu barədə Xəzər RPİ 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxs şikayətçidir, bunun nəzərə alınaraq Vidadi barəsində ağır inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, X13 və X7 onun valideynləridir. Valideynləri onu 1995-ci ildə övladlığa götürmüş, sonradan isə onlar ailəliklə Ukrayna Respublikasına getmiş və 2014-cü ilə qədər orada yaşamışlar. 2013cü il tarixdə Ukrayna Respublikasında Yuliya Bodokiya ilə ailə həyatı qurmuş və bir oğlan uşağı vardır. Ukrayna Respublikasından qayıtdıqdan sonra valideynləri ilə birlikdə Südçülük sovxozu ərazisində yerləşən atasına məxsus olan evdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olduqları zaman qolundakı qızıl bilərziyin komplekti olan qızıl sepin harada olmasını anası Ella Əliyevadan soruşmuşdur. Anası sepi boynundan çıxardığını dediyi zaman anasından sepini istəmişdir. Anası sepin yaşadıqları evin yuxarı mərtəbəsində olduğunu və gətirəcəyini bildirmişdir. Bundan sonra Ella Əliyeva evin 2-ci mərtəbəsinə çıxıb onun yanına qayıdaraq sepi bir neçə gün bundan əvvəl ona qaytardığını bildirmişdir. O, anasına sepi ona qaytarmadığını və bir neçə dəfə soruşmasına baxmayaraq cavab ala bilmədiyindən evdən çıxıb getmişdir. O, anası Ella Əliyevanı döymədiyini və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Özünü qismən təqsirli bilir, buna görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Şəxs oğlunun məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 dekabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin 1264 saylı rəyində görünür ki, X3 bədəni aşkar olunmuş xəsarətlər – sol gözaltı nahiyyənin qançırı, küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 30 noyabr 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti sahə inspektoruna həvalə edilmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslər izahatları və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 02 fevral 1995-ci il təvəllüdlü, Ukrayna Respublikasının vətəndaşı (pasport № EX009228), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X11 yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2022-ci il tarixdə saat 16:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1917/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1917/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver