Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1918/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) sahə rəisi, polis mayoru Güloğlan Əhmədovun oğlunun iştirakları ilə xx xxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Xəzər RPİ 1-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 23 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 33 ünvanında X3 ilə aralarında yaranmış şəxsi münasibət zəminində əli ilə boğaz nahiyəsindən, kəmərlə kürək nahiyəsindən, qollarından və ayaqlarından qəsdən vuraraq xəsarət yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən 07 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov göstərdi ki, X3 DİN 102 “Xidməti-Zəng” mərkəzinə müraciət edərək qardaşı Şəxs əli ilə onun boğaz nahiyəsindən, kəmərlə kürək nahiyəsindən, qollarından və ayaqlarından vuraraq xəsarət yetirməsini bildirmişdir. Bu səbəbdən Şəxs barəsində onun tərəfindən 07 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 33 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. X3 onun bacısıdır. Gövhər boşandığı və başqa bir şəxslə sevgili olduğu üçün dəfələrlə ona irad bildirmiş, lakin Gövhər iradlara məhəl qoymamışdır. 23 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində bacısının yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 33 ünvanında yerləşən evə getmiş və bacısının sevgilisinin olması, hamilə olmasına görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əli ilə Gövhərin boğaz nahiyəsindən, kəmərlə kürək nahiyəsindən, qollarından və ayaqlarından üz nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, onunla Şəxs arasında mütəmadi mübahisələr yaranmışdır. Şəxs onun qardaşıdır və onun sevgilisinin olduğunu, hamilə olduğunu səbəb gətirərək onu dəfələrlə döymüşdür. Sonuncu dəfə 23 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 33 ünvanında yerləşən evdə olan zaman Şəxs evə gələrək yenidən onunla mübahisə etmiş, yaranmış mübahisə zəminində Vüsal əli ilə onun boğaz nahiyəsindən, kəmərlə kürək nahiyəsindən, qollarından və ayaqlarından vuraraq ona xəsarət yetirmişdir. Hazırda Vüsal ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, barışmalarının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 1584 nömrəli 28 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – alının, boynun, sağ bazunun, hər iki saidin, bel nahiyəsinin, sağ və sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan alının, boynun qançırları törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən 23 noyabr 2022-ci il tarixə; sağ bazunun, hər iki saidin, bel nahiyəsinin, sağ və sol baldırın qançırlarının onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyev tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi və Abbasovlar ailəsinin münaqişəli ailə kimi qeydiyyata götürülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və o, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1918/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1918/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver